Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6270
az

Paşinyandan GÖZLƏNİLMƏZ SÖZLƏR: Azərbaycanla operativ əlaqəmiz var

14:4819 Oktyabr, 2018
962
  • A
Ermənistanda baş nazir vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan dünən jurnalistlərə açıqlamasında bildirdi ki, Düşənbə razılaşmasına uyğun olaraq onunla Azərbaycan prezidenti arasında operativ əlaqə qurulub.

“Razılaşdığımız kimi Azərbaycan tərəfi ilə etibarlı operativ əlaqə qurulub. Deyə bilərik ki, istənilən informasiya yarım saatdan sonra Azərbaycan Prezidentinə çatır. Təbii ki, onlar informasiyanı verəcəklərsə, mən də verəcəm”, - deyə Paşinyan vurğulayıb.

Publika.az xəbər verir ki, Düşənbədə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında ayaqüstü görüş zamanı tərəflər arasında operativ əlaqənin qurulması ilə bağlı razılaşma əldə olunub. Bu razılaşmadan sonra təmas xəttində atəşkəs rejiminə əməl edilməsinin miqyası artıb.

Tərəflərin belə bir razılaşma əldə etməsi və bundan sonrakı nəticələri haqqında müxtəlif versiyalar var. Lakin Ermənistanda bunun Bakı və Moskvanın birgə planı olması haqqında iddialar səsləndirilir.

Bu kontekstdə erməni şərhçi Sərkis Artsruninin iddiası diqqət çəkir.

Erməni şərhçi iddia edir ki, operativ əlaqə qaydaya salınsa da, kulislərdə nələrin baş verdiyi şübhəlidir.

“Azərbaycan tərəfi ərazilərin hərbi yolla azad edilməsi variantını irəli çəkmişdi, Ermənistan tərəfi də Bakının qəbul etmədiyi şərtlər irəli sürürdü. Tərəflər arasında gərginlik pik həddinə çatanda Düşənbədə razılaşma əldə olundu. Bu razılaşma əslində Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə əldə olunub. Bu, Bakı və Moskvanın birgə hazırladığı plandır. İlk növbədə bu, “atəşkəsə nəzarət mexanizmi”nin tamamilə sıradan çıxarılması ilə nəticələnəcək. Həm Bakı, həm də Moskva bunu istəyir. Kulislərdə nələrin baş verdiyini fərz etmək olar. Xüsusilə belə bir razılaşmanın Putinin vasitəçiliyi ilə əldə olunması Rusiyanın məqsədini göstərir. Digər tərəfdən, Azərbaycan münaqişənin həlli ilə bağlı Rusiyadan zəmanət alıb, əks təqdirdə, qəfil razılaşmaya getməzdi”, - deyə erməni şərhçi qeyd edir.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xocavənd rayonunun yeni görüntüləri - VİDEO
Xocalıdan GÖRÜNTÜLƏR: Dörd min hektar ərazidə proses başladı - VİDEO
Xankəndidə Dövlət Yol Polisinin əməkdaşları xidmətə başlayıb - FOTO

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM