Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6034
az

Tərtərdə minaya düşən gəncimizlə bağlı SON XƏBƏR

17:3511 Oktyabr, 2018
1029
  • A
Tərtər rayon sakini minaya düşüb.
Bu barədə "Report"un Qarabağ bürosuna rayonun Həsənqaya kənd icra nümayəndəsi İlqar Qasımov məlumat verib.
İ.Qasımov bildirib ki, hadisə bu gün səhər saatlarında qoşunların təmas xəttində baş verib.
İcra nümayəndəsi əlavə edib ki, A.Həsənov piyada əleyhinə minaya düşüb: "Kəlbəcər rayonundan olan məcburi köçkün, 1996-cı il təvəllüdlü Azad Həsənov ərazidə mal-qara otararkən hava dumanlı olduğundan təmas xəttində minalanmış əraziyə girib. Hadisədən sonra özünü itirməyən Azad telefonla qardaşına və dostlarına zəng edərək minaya düşdüyün bildirib".
Yaralı ilk olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın həkim-travmatoloqu Hafiz Əliyev "Report"un yerli bürosuna bildirib ki, A.Həsənov cərrahiyyə əməliyyatı olunub və onun bir ayağı amputasiya edilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyindən "Report"a bildirilib ki, yaralının vəziyyəti ağırdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xocavənd rayonunun yeni görüntüləri - VİDEO
Xocalıdan GÖRÜNTÜLƏR: Dörd min hektar ərazidə proses başladı - VİDEO
Xankəndidə Dövlət Yol Polisinin əməkdaşları xidmətə başlayıb - FOTO

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
ŞOK! İnternatdan qaçan uşaq birbaşa efirə girib  görün nələr  dedi +VİDEO
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət