Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8400
az

Misir ehramlarının illərdir gizli qalan sirri açıldı : Bu ehramların yadplanetlərlə nə əlaqəsi?+VİDEO

13:5529 Dekabr, 2018
3057
  • A

Dünyanın 7  möcüzəsindən  biri, Qədim  Misir Pramidaları haqqında olduqca müəmmalı məlumatlar var.

Oxu24.com maraqlı məlumatı təqdim edir:

Minlərlə il qabaq inşa edilmiş Misir ehramları( Coser, Sexemxet, Xaba, Xeops, Xefren, Daşur, Lepsius, El Kula, Ombos, El Meytin, Elifantina, Userkaf, Sinki, Seyla ) hələ də özündə bir çox sirri gizlədir. Onları tikən insanlar, hər halda “metr” anlayışından xəbərdar olmamışlar. Bununla yanaşı, onların ehramları gözəyarı tikmələri də ağlabatan deyildir. Müasir dövrdə ucaldılmış göydələnlərin özündə belə, cüzi sapmalar, kənaraçıxma halları istisna edilmir. Elə isə ehramları tikənlər hansı ölçü vahidlərindən istifadə etmişdilər? Arşındanmı və ya xüsusi Misir ölçüsündənmi, bu, məlum deyildir. İndi isə bu ehramların, xüsusilə də Giza ərazisindəki “Nəhəng Ehram”ın bəzi əsrarəngiz xüsusiyyətlərinə nəzər salaq:

Ehramlar hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Bu qaya parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi. Onların necə daşınması haqda ağlabatmayan fərziyyələt irəli sürülüb.

Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə – fironun doğum və taxtaçıxma günlərində düşür.

Mumiyaların tərkibində radioaktiv maddələr olduğundan onları ilk dəfə aşkara çıxaran 12 alim-arxeoloq xərçəng xəstəliyindən vəfat etmişdir.

Ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir.

Ehramın daxilinə bir qabda çirklənmiş su qoysanız, bir-neçə gündən sonra onu təmizlənmiş vəziyyətdə görəcəksiniz.

Ehramın daxilində süd bir-neçə gün xarab olmadan qalır və sonra yoğurta çevrilir.

Bitkilər ehramların daxilində daha tez inkişaf edirlər.

Ehramın daxilində 5 həftə qalmış sudan üz losyonu kimi istifadə etmək mümkündür.

Zibilqabındakı yemək qalıqları ehramın daxilində heç bir qoxu vermədən “mumiyalaşır”.

Kəsik, yanıq, sıyrılma yaraları həcmi böyük ehramların daxilində daha tez sağalır.

Ehramlardakı bəzi otaqların içərisində nəyin olduğu məlum deyildir; oraya girməyə müvəffəq olmuş tədqiqatçılar geri qayıtmamışlar. Bəzi tədqiqatçılar isə müxtəlif texnoloji üsullardan istifadə etsələr də məqsədlərinə nail ola bilməyiblər.

Ehramların içərisi yayda soyuq, qışda isə isti olur.

“Nəhəng Ehram”ın küncləri Nilin deltasını xəyali olaraq iki eyni hissəyə ayırır.

Giza ərazisindəki üç ehramın bir-birinə nəzərən yerləşmə şəkli Pifaqor üçbucağı formasındadır, yəni, ehramlar bu xəyali üçbucağın təpələrini əmələ gətirir. Üçbucağın yanlarının bir-birinə nisbəti isə 3X4 və 3X5-dir.

“Nəhəng Ehram”ın dörd küncünün sahə ölçüsü onun hündürlüyünün kvadratına bərabərdir.

“Nəhəng Ehram” Yer kürəsinin quru ərazisinin mərkəzində yerləşir.

“Nəhəng Ehram” dörd künclüdür.

Ehramlar böyük bir günəş saatını xatırladır. Belə ki, oktyabrın ortası və martın əvvəli aralıqlı müddət ərzində ehramın kölgələr “diaqram”ı mövsümləri və ilin uzunluğunu göstərir. Ehramı əhatələyən daş lövhələrin uzunluğu isə bir günün kölgə uzunluğuna bərabərdir. Kölgələr “diaqram”ının daş lövhələr üzərindəki hərəkəti sayəsində bir günün 0.2419 zaman kəsimində ilin uzunluğunu hesablamaq mümkündür.

“Nəhəng Ehram”dan Yer kürəsinin mərkəzinə (nüvəsinə) qədər olan məsafə onunla Şimal qütbü arasındakı məsafəyə bərabərdir. Eləcə də bu məsafə Şümal qütbü ilə Yer kürəsinin mərkəzi arasındakı məsafə ilə eynidir.

Ehramın hündürlük nöqtəsinin künclərə nəzərən yerləşmə şəkli çevrənin mərkəzində yerləşmiş nöqtə kimidir. Ehramın dörd üzünün əmələ gətirdiyi üçbucaqlar isə dünyanın ən böyük üçbucaqları sayılır.

Gizadan keçən meridian dünyanın su və quru hissələrini iki bərabər hissəyə bölür. Həmçinin, bu meridian Yer kürəsinin şimaldan cənuba doğru ən uzun quru hissəsindən keçən meridian sayılır.

“Nəhəng Ehram”ın bir küncündən onun təpəsinə qədər olan məsafə Şimal qütbünə qədərki məsafəni, kənar uzunluğu isə ekvatorun uzunluğunu ifadə edir.

Güman edilir ki, Giza ehramları e.ə XXX əsrdə Qədim Xanədanlıq dövründə inşa edilmişdir. Buraya Xeops, Xefren və Mikerin ehramları daxildir və bu adlar onları tikdirmiş fironların adlarıdır.

Giza ehramları dünyanın ən böyük ehramları hesab olunur. (son illərdə məlum olub ki, Çinin Şərqi Türküstan -Uyğurıstandakı Ağ pramidaları ən böyüyüdür və türk mədəniyyəti nümunələridir. )Giza ehramları ilə yanaşı, Misirdə irili-xırdalı yüzlərlə ehram mövcuddur. Giza ehramları digər ehramlardan, əsasən onunla fərqlənir ki, bu ehramlarda heç bir yazıya rast gəlinməyib və onların necə tikilməsi hələ də elmə məlum deyildir.

Firon Xeopsun oğlu Xefren üçün tikilmiş ehramın hündürlüyü 136 metrə çatır. Onun yalnız təpə hissəsində örtükvari daş bloklar mövcuddur. Giza ehramları arasında yalnız Xefren ehramının daxilinə giriş vardır və bu giriş “ölülər” otağına aparır.

Ehramlarla bağlı müxtəlif riyazi rəqəmlər mövcuddur. Onların bir-neçəsini sizlərə təqdim edirik:

 Xeops ehramının hündürlüyünü bir milyard rəqəminə vursaq, alınan rəqəm təxminən Günəşlə Yer arasındakı məsafəyə bərabər olacaqdır: 149 504 000 km.

 Ehramları xəyalən kəsib keçən meridianlar Yer kürəsinin quru və su ərazilərini iki bərabər hissəyə bölür.

 Xeops ehramının ətraf yanlarının uzunluğu hündürlüyünün iki mislinə bölündükdə П = 3.14 alınacaqdır.

Giza ehramları arasında ən alçaq ehram olan Mikerin ehramı isə 62 metrdir və firon Xefrenin oğlu üçün tikilmişdir.

İndiyədək bu ehramların necə tikilməsi sirr olaraq qalır; əgər işçilərin hər gün fövqəltəbii olaraq 10 kubmetr daşı üst-üstə qoyduqlarını fərz etsək, onda Xeops ehramındakı təxminən 2.5 milyon kubmetrlik daşı haradasa 250 000 gün (644 il) ərzində bir-birinin üstünə qoymaq tələb olunur. Halbuki ehramlar 20-30 il ərzində tikilmişdir.

Son illərdə aparılan araşdırmalar “Nəhəng Ehram” ın fironun məzarı deyil, əslində bütün Misir deltasına bes edəcək dərəcədə elektrik enerjisi istehsal edən bir stansiya olduğunu iddia etməyə əsas verir. Bu nəzəriyyəyə sivilizasiyaların ilkin səviyyədən yüksəyə doğru inkişafına inanan təkamül  tərəfdarları qarşı çıxır. Çünki ehramlar indiki elektrik enerjisi istehsalından daha inkişaf etmis texnologiyaya malikdir. Ilk növbədə onu qeyd edim ki, divarlarda heç bir bəzək , heroqlif yazısı , rəsm izləri yoxdur. Halbuki Misir abidələri belə izlərlə zəngindir. Bir fironun belə böyük  abidə tikdirib də məzarının bəzədilməməsi  məntiqli deyil.

Ehramın divarlarında heç bir məşəl, lampa kimi işıq mənbələrinin  qoyulması üçün yerlerdə yoxdur. Həmçinin  belə vasitələrin əmələ gətirəcəyi his izlərinədə rast gəlinmir. Qədim Misir rəsmlərində ark lampalarına oxşar əsyalara rast gəlirik, ancaq bu üsulla işıqlandırma iz qoymazdı. Bundan başqa 24 saat aydınlıq olan İsgəndəriyyə mayakının da işıqlandırılması üçün daimi – sabit elektrik mənbəyi gərəklidir ki, bunu da ancaq elektrik enerjisi qarşılaya bilərdi.

“Nəhəng Ehram”ın üstü  arasından ülgücün də keçə bilməyəcəyi hamar əhəng daşı ilə örtülüdür. Ağ rəngli əhəng daşının tərkibində maqnezium yoxdur və yüksək qoruyucu təbəqə əmələ gətirir. Bu təbəqə sayəsində ehramın içərisindəki elektrik çölə yayılmaz. Bundan başqa pramidanın içərisindəki daş bloklar tərkibində elektriki maksimum səviyyədə keçirən kristal və az miqdarda metal olan digər növ əhəng daşındandır. Pramidanın daxilindəki tünellər isə qranitdəndir, hansı ki, bu material elektriki yaxşı keçirmə qabilliyətinə malikdir. Həm də qranit radioaktiv maddə olduğundan içəridəki havanın ionizə edə bilir. Başqa sözlə pramida eyniliə müasir elektrik naqillərindəki qatlara malikdir.

Bəs elekrik enerjisi üçün hansı mənbədən istifadə olurdu. Ehramların üzərində yerləşdiyi Giza vadisi yeraltı su qaynaqları ilə zəngindir. Ehramlar arası su ilə dolu olan əhəng daşı qatının üzərində yerləşib. Yeraltı suları yer səthinə daşıyan zaman hasil olan elektrik enerjisini də keçirən bu qayalara akifer adı verilir. Akiferlərdən keçən Nil sularının hasil etdiyi enerji fizioelektrik adlanır. Ehramın yeraltı otağı bu enerjini yuxarı qatlara ötürəcək şəkildə qranitdən tikilmişdir. Bunun sayəsində enerji tunellərin sahib olduğu elektromaqnit sahəsi sayəsində idarəli şəkildə yuxarı qatlara ötürülür. pramidanın zirvəsində yerləşdirilən və yüksək elektrik keçirmə qabiliyyətinə malik qızıl hissə (hal-hazırda yerində olmadığı üçün ehramın ideal quruluşu pozulub)vasitəsilə neqativ ionları ionesfer qatına ötürür. Bu şəkildə elektrik axını yaradılır. Eyni prinsiplə elektrik almaq üsulundan 1901-1917-ci illərdə Nikola Tesla özünün inşa etdiyi Vordenklif qülləsində istifadə etmişdir. O da Misirdəki kimi naqilsiz elektrikdən istifadə etmisdir.

Misir elektrikdən necə istifadə edirdi?

 Misir relyeflərində naqilsiz ışıqlandırma ilə yanaşı  toxuculuq da əksini tapmışdır  o dövr Misir parçalarının sapları müasir sapların incəliyinə malikdir. Bu incəliyi isə ancaq elekrik sayəsində əldə etmək mümkündür. Qədim Misirə aid qızılların əslində çox incə bir qızıl örtükdən ibarət olduğu artıq məlumdur. Belə incə qızıl örtüyü yenə ancaq elekrik tətbiqi ilə əldə etmək olar. Ehramın ətrafında aparıan elektromaqnit sahə ölçmələrinin nəticələri dünyanın hər hansı bir yerində ildırımlarla dolu fırtınalardakı ölçmə nəticələri ilə eynidir. Elektromaqnit sahəsinin yüksəkliyini əlimizdə yaş dəsmala bükülü şüşə ilə ehramın təpəsində dayansaq hiss edərik. Belə ki şüşədən qığılcımlar çıxacaqdır. bu nəzəriyyəyə qarşı çıxanlar fironun tabutunun saxlanıldığı otağı əsas gətirirlər. Ancaq tabutun yerləşdiyi bütöv qranit sarkofakın həm otaqda yerləşdirilməsi həmdə ölçüləri bunu təkzib edir. Əslində burada bütün Misirə yetəcək dərəcədə enerjini hasil etmək üçün gərəkli olan super keçirici materialın yeridir. alimlərin fikrincə bu Musa peyğəmbərin Ahit sandığıdır. bildiyimiz kimi Musa peyğəmbər firon tərəfindən oğulluğa götürülmüş və özünün üstün küyfiyyətlərinə görə bir şahzadə kimi yetişdirilmişdir. Beləbir tərbiyənin mərhələlərindən biridə Misirin gizli sirrlərinə- elekrik istehsalı biliklərinə  sahib olmaq idi. Musa peyğəmbərin Misiri tərk edərkən sandığı da özü ilə aparması bu gün məlumdur. Onunla eyni dövrdə yaşayan  firon Ramzesin sonuna qədər peyğəbəri təqib etməsi də bununla izah olunur. həqiqətən tarixə nəzər salsaq Ramzes dövründə çiçəklənən Misir onun ölümündən 10 il sonra sürətlə geriləməyə başlayır Misir deltası boşaır hətta xarici işğallara məruz qalır. Sandıq isə e.ə. VI əsrdən sonra yoxa çıxmışdır. Misirdən başqa qədimdə assur və mayyalılarda elektrikdən istifadə etmişlər.

Sfinksə gəlincə, o, e.ə 2520-ci ildə firon Xeopsun oğlu Xefrenin məqbərə kompleksi üçün qaya parçasından yonularaq hazırlanıb. 30 metr hündürlüyü, 70 metr uzunluğu olan bu heykəlin adı qədim Misir sözü “sezp-ahne”dən (Diri görünüş) törəyib.

Sfinksə XIV əsrdə məmlüklərin topatma təlimləri zamanı hədsiz zərər dəyib. Napoleon Bonapartın 1799-cu ildə Misirə yürüşü zamanı baş vermiç toqquşmalarda Sfinksin burun hissəsi top atəşi nəticəsində qopub.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın namaz qılarkən qapı açıldı, onun başına gələnlərə inanmayacaqsınız-VİDEO
Sosial yardım almaq istəyənlərə şad xəbər: Artıq bu tələb yoxdur +VİDEO
Güllələnən məşhur ekstrasens Rəşad Atakişiyevlə bağlı proqnoz veribmiş — ŞOK VİDEO

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu