Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1810
az

“Zaur nəvəmin ölümündən şou yaradıb” – İntihar edən abituriyentin babası –

12:4316 May, 2018
2211
  • A
 
Xəbər verdiyimiz kimi, mayın 13-ü qəbul imtahanından çıxandan sonra 17 yaşlı Pənah Quliyev gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib. Hadisə ilə bağlı Kütləvi İnformasiya Vasitələrində kifayət qədər məqalələr dərc edilib. Amma dünən ATV kanalında Zaur Baxışəliyevin aparıcılığı ilə yayımlanan “Bizimləsən” verilişində 17 yaşlı Pənah Quliyevin ölümü ilə bağlı aparılan müzakirələr mərhmun ailəsinin ciddi narazılığına səbəb olub.

Pənah Quliyevin babası Neymət Bayramov Unikal.org-a zəng edib. O deyib ki, ailəsi elektron KİV-lərdə nəvəsinin ölümü ilə bağlı yayımlanan xəbərlərdən narazı deyil. Amma N.Bayramov tele-aparıcı Zaur Baxışəliyevin nəvəsi ilə bağlı fikirlərinin ailədə ciddi narahatlıq doğurduğunu deyib:




Mərhumun babası söhbət əsnasında ağlayaraq bunları deyib: “Mən, Pənah Quliyevin babasıyam, onu özüm böyütmüşəm, bu itkini izah etmək mümkün deyil. Amma səbrimi birtəhər basıb dözürəm, hazırda vəziyyətim normaldır və özümü idarə etməyi bacarıram. Amma Zaur Baxışəliyev kimə istinad edir, kimə arxayın olub bilmirəm… Nəvəm haqqında verilişində ağzına gələni danışır. O kimdir ki, heç bir mənbəyə əsaslanmadan nəvəmin ölümündən verilişində şou yaradıb. Milli mənəvi əxlaqımıza yad olan sözlər danışıb. Zaur əsassız olaraq bildirib ki, nəvəm Pənah Quliyevin intiharı var-dövlət üstündə olub. A kişi, 17 yaşlı uşağın var-dövlətlə nə əlaqəsi ola bilər? Sənin bu açıqlamava mən nə deyim? Ayıb olsun, insanların heysiyyatı ilə oynamaq olmaz. Bunları efirə necə buraxıblar”.

Neymət Bayramov heç bir əsası olmadan Zaur Baxışəliyevin nəvəsi ilə bağlı səsləndirdiyi fikirlərinə görə, Milli Televiziya Radio Şurasına müraciət edəcəyini və təkzib olunmazsa, məhkəməyə kimi gedib çıxacağını dilə gətirib: “Mən, sizin vasitənizlə MTRŞ-ya səslənirəm. Zaur Baxışəliyev intihar edən nəvəm barədə verilişində əsassız fikirlər səsləndirib. Xahiş edirəm, onun barəsində ölçü götürəsiniz. Buradan Zaur Baxışəliyevə də müraciət edirəm. Bəsdir, kiminsə ölümündən şou yaratdın. Bəsdir, özüvə süni tamaşaçı auditoriya yaratdın”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nazirlik cavab vermir: Aldadılan fəhlələr Prezidentə müraciət etdi +VİDEO
SON DƏQİQƏ! Aygün Kazımova karantinə alındı (VİDEO)
“Reanimasiya şöbəsi tam dolub, 1 dənə də yer yoxdur” — VİDEO

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü