Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
999
az

Azərbaycanda rektordan maraqlı addım - Bu tələbələrə ikiqat təqaüd verir

23:0723 Aprel, 2018
1130
  • A
 Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli maraqlı addım atıb.

“Oxu24.com” xəbər verir ki, 50 yaşlı rektor 18 yaşdan sonra valideyn himayəsindən məhrum olan tələbələrin təqaüdlərinin ikiqat artığı ilə verilməsi haqqında əmr imzalayıb. Bu barədə universitetin Feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilən məlumatda bildirilir.

Qeyd olunur ki, G. Gəraybəylinin təşəbbüsü ilə Elmi Şurada bu məsələ müzakirə olunub və müvafiq əmrlə 18 yaşından sonra valideyn dəstəyindən məhrum olmuş tələbələr universitetdə təhsil aldıqları müddətdə - 23 yaşadək onlara orta müvəffəqiyyət göstəricisinə əsasən təyin olunmuş təqaüdün iki mislinin verilməsi qərara alınıb.

Rektorun bu addımı atmaqda məqsədi tələbələrin sosial müdafiəsini gücləndirmək, onların tədris fəaliyyətini fəallaşdırmaq, təhsildə nailiyyət qazanmasını stimullaşdırmaqdan ibarətdir.

Bildirilir ki, bu qərar artıq 2017-2018-ci tədris ilinin yaz semestrindən qüvvədədir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda dilənçi qızın qazancı eşidənləri şoka saldı: “Günə...” - VİDEO
Boşanan qadın 400 evlilik təklifi aldı: Görün nə etdi
Xadimə işlədi, ali məktəbi qırmızı diplomla bitirdi - Örnək həyat hekayəsi

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş