Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5962
az

Müsəlman qadının cinsi əlaqə üsulları - Seks-məsləhət kitabı İŞIQ ÜZÜ GÖRDÜ

09:5610 Oktyabr, 2018
1804
  • A
 Dünyada ilk dəfə müsəlman qadınları üçün seks-bələdçi kitabı satışa çıxarılıb.

Oxu24.com  “The Guardian”a istinadən xəbər verir ki, müəllif öz adını anonim saxlamağa üstünlük verərək, Umm Muladxat təxəllüsündən istifadə edib. 54 səhifəlik kitabda düzgün öpüşməkdən tutmuş seksual pozalara qədər bir çox intim mətləblər şərh olunur. “Halal kitab”ın müəllifi hesab edir ki, müsəlman qadınların öz cinsi həyatlarından zövq almağa haqları var və almalıdırlar.
Eyni zamanda kitabda ona da xüsusi diqqət çəkilir ki, müsəlman qadın yalnız öz əri ilə sekslə məşğul olmalıdır.

Dindar tənqidçilər müəllifi ittiham etməyə artıq macal tapıblar. Onların arqumenti budur ki, qızlar hər şeyi öz analarından öyrənirlər, bu, onlara lazım deyil!

“Mən şübhə edirəm ki, hansısa ana mənim qədər ətraflı izah edir”, - deyə müəllif öz növbəsində tənqidçilərə cavab verib.

Tənqidlərlə yanaşı, bəzi müsəlman qadın təşkilatları kitabı tərifləyib və bəyan ediblər ki, kitab müsəlman qadınlara azadlıq verəcək və onları təhqiramiz intim yeknəsəqlikdən qoruyacaq. Xüsusilə, “Böyük Britaniyada Müsəlman Qadınların Şəbəkəsi”nin sədri Şaysta Qohir bildirib ki, İslamda seks haqda danışmaq yeni deyil, keçmiş alimlər də qadınların müxtəlif cür həzz almalarının vacibliyini vurğulayıblar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı
Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub – KİV
Baş nazir taksi sürücüləri ilə bağlı qərar imzaladı

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda əməliyyat: 60 nəfər saxlanıldı