Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5530
az

Ömrü uzatmağın 4 QIZIL QAYDASI

22:5625 Sentyabr, 2018
997
  • A
Alimlər hər il qocalma prosesi ilə bağlı yeni genlər kəşf edirlər.

Oxu24.com ölkə.az-a istinadən bildirir ki, tədqiqatlar sübut edib ki, insan ömrünün uzanması təkcə genetika ilə bağlı deyil. Düzgün qidalanma və həyat tərzi də buna təsir edən faktorlardandır.

1. Az ye, çox yaşa

30 il əvvəl ABŞ-da alimlərdən ibarət iki qrup bir sıra tədqiqatlara start verdilər. İyirmi il davam edən müşahidə öz nəticəsini verdi. Az kalorili pəhrizdə oturan meymun digər qrupa nisbətən daha uzun müddət yaşadı. İkinci qrupdakı meymunlar isə şəkər, xərçəng və ürək-damar sistemi xəstəliklərindən dünyasını dəyişdi. Alimlər qrupu birlikdə işləmək qərarına gəldilər. Yeni tədqiqat zamanı məlum oldu ki, orta yaş dövründə aşağı kalorili pəhrizə oturan meymunlar daha uzun müddət yaşayıb. Tədqiqatçılar düşünürlər ki, nəticələri insana da tətbiq etmək mümkündür.

2. Müalicəvi aclıq

Harvardlı alimlər müntəzəm olaraq ac qalmağı məsləhət görürlər. Bu yaxınlarda aparılan tədqiqatın nəticələrinə əsasən, müvəqqəti olaraq qidadan imtina etmək hüceyrələrdə enerji mübadiləsi prosesini yaxşılaşdırır. Başqa sözlə, müntəzəm olaraq ac qalmaq qocalma prosesini yavaşladır.

3. 150 dəqiqə idman

Uzunömürlü olmaq üçün aktiv həyat tərzi sürmək, daha çox piyada gəzmək lazımdır. Bu nəticəyə isə Kanadanın Makmaster universitetinin alimləri gəliblər. Alimlər uzun müddət 17 ölkənin 130 min sakinini müşahidə ediblər. 7 il sonra məlum olub ki, gündə yarım saat fiziki hərəkət edənlər ürək-damar sistemi xəstəliklərindən 20%, erkən ölümdən isə 28% daha az əziyyət çəkiblər.

Həftədə 750 dəqiqə idmanla məşğul olanlarda isə bu nəticə daha yaxşı, yəni 36% təşkil edib.

4. Elm həyatdır

2017-ci ildə britaniyalı bioloqlar müəyyən ediblər ki, insan ömrü genetik və sosial faktorlardan asılıdır.

Alimlərin əlində Avropanın müxtəlif ölkələrindən olan 600 min insanın genomları haqqında böyük məlumat olub. Dəqiq analizlər zamanı məlum oldu ki, sağlamlığa ziyan vuran bütün zərərli vərdişlər təkcə DNA ilə müəyyən edilmir.

Məlum olub ki, təhsil səviyyəsi insanın ömrünün uzun olmasına kifayət qədər güclü təsir edir. Məktəb və universitetdə hər təhsil ili insan ömrünə əlavə 11 ay qazandırır. Alimlər deyir ki, ali təhsil insanlara düzgün qidalanma və pis vərdişlərdən asılı olmamağa kömək edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda dilənçi qızın qazancı eşidənləri şoka saldı: “Günə...” - VİDEO
Boşanan qadın 400 evlilik təklifi aldı: Görün nə etdi
Xadimə işlədi, ali məktəbi qırmızı diplomla bitirdi - Örnək həyat hekayəsi

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir