Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9094
az

“Killerlər atama hücum edir”- azərbaycanlı iş adamına qarşı sui-qəsd planının yeni təfərrüatları

23:3119 Yanvar, 2019
709
  • A
Rusiyada azərbaycanlı iş adamına qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. O, hadisədən sonra Azərbaycana qayıdıb və burada həbs edilib. Sui-qəsdin digər iştirakçısı isə Rusiyada həbs edilib.

Oxu24.com bu cinayət işi üzrə yeni təfərrüatlar əldə edib. Zərərçəkmişlərin, şahidlərin ifadələrindən hadisənin yeni təfərrüatları üzə çıxıb.

Bildirək ki, “Ümumrusiya Azərbaycan Konqresinin” Ulyanovski regional bölməsinin sədri Hüseynov İslam Rövşən oğlunun mühafizəçisini öldürməkdə, özünü isə öldürməyə cəhddə ittiham edilən 1977-ci il təvəllüdlü Salyan şəhər sakini Bağırov Ramin Ramiz oğlunun məhkəməsi keçirilib.

Ramiz Bağırov Cinayət Məcəlləsinin 120.2.6-ci (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə), 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 228.2.1-ci (odlu silah gəzdirmə) maddələri ilə ittiham edilib.

Belə ki, Ramin Bağırov qohumu Nahid Zahidovla birlikdə plan quraraq “Ümumrusiya Azərbaycan Konqresinin” Ulyanovski regional bölməsinin sədri İslam Hüseynovu öldürmək istəyiblər. Bu sui-qəsd planı Nahid Zahidov tərəfindən təklif olunub. İslam Hüseynov Nahid Zahidovun iş və ticarət əlaqələri ilə bağlı təklifini qəbul etmədiyi üçün aralarında mübahisə yaranıb.

İslam Hüseynovdan kobud cavab alan Nahid Zahidov şəxsi düşmənçilik zəminində onu öldürmək qərarına gəlib. Nahid Zahidov İslam Hüsynovun mühafizəçilərlə gəzdiyinə görə bunu təkbaşına edə bilməyəcəyini düşündüyündən Ramin Bağırovla bu işi görməyi planlaşdırıb.

Onlar qanunsuz olaraq “İJ-78-7,6” və “6P42” modelli qaz tapançalarından kustar üsulla hazırlanmış iki ədəd odlu silah hesab edilən tapança, patronlar, səs boğucuları əldə edib maşında gizlədiblər. İstintaq müəyyən edib ki, hər iki şəxs 11 sentyabr 2012-ci il tarixdə saat 12:20 radələrində İslam Hüseynovu izləyib, mühafizəçisi İqor Beznosyuk ilə işə gəldiyini görüblər.

Ofisə gələrək əvvəlcə İqor Beznosyukla danışıb və İslam Hüseynovla görüşmək istədiklərini, maddi yardım almaq üçün gəldiklərini deyiblər. Mühafizəçi onları İslam Hüseynovun otağına dəvət edib. Onlar otağa daxil olarkən əvvəlcə mühafiçəyə 7 dəfə atəş açıblar. İqor Beznosyuk döş qəfəsindən, boyun, çiyin və sifət nahiyələrindən aldığı güllə yaraları ilə yerindəcə keçinib. Daha sonra Nahid Zahidovla İslam Hüseynov əlbəyaxa olublar.

İstintaq müəyyən edib ki, bu zaman Ramin Bağırov İslam Hüseynovun baş nahiyyəsindən silahla vurmaq istəyib. Lakin silahda patron qurtardığından atəş aça bilməyib. Bu zaman silahla onun baş nahiyyəsinə zərbələr endirib. İslam Hüseynovun dəhlizdə olan oğlu Rövşən Hüseynov və onun dostu Amil Hüseynov silah səsləri eşidərək otağa qaçıblar.

Rövşən Hüseynov və Amil Hüseynov hücum edən şəxslərin silahlarını əllərindən almağı bacarıblar. Ramin Bağırov cibində olan bıçağı çıxararaq Rövşən Hüseynova hücum edib. Bıçaqla Rövşən Hüseynovu vurmaq istəyərkən Amil Hüseynov stulla onun baş nahiyəsindən vurub. Bundan sonra Nahid Zahidov və Ramin Bağırov hadisə yerindən qaçıblar.

İş üzrə zərərçəkmiş Rövşən Hüseynov ifadəsində göstərib ki, dostu Amillə atasının iş yerinə gedib. R.Hüseynov söyləyib ki, atası iclasda olduğu üçün onu gözləyiblər.

“Atamla görüşəndən sonra otaqdan çıxdım. Bir nəfər dəhlizdə məndən atamın tək olub-olmadığını soruşdu. Mən də “bəli” cavabını verdim. Həmin vaxt dəhlizin əks tərəfində stulda 35 yaşlı eynəkli bir kişi də gördüm. Həmin şəxslər özlərini şübhəli aparırdı. Buna görə də onlara tərəf baxdım. Biri atamın iş otağına girdi, onun ardınca isə digəri. İkinci girənin gödəkçəsinin altından səsboğucusu olan silah çıxartdığını gördüm. Atamın təhlükədə olduğunu bilib dostum Amili də çağıraraq ofisə tərəf qaçdıq. Silah səsləri eşitdim. Otağa çatanda mühafizəçi İqor yerdə uzanmışdı, atam isə iki kişi ilə mübarizə aparırdı. “Killer”lərdən biri tapançanı atamın başına tuşlamışdı. Onun üz nahiyəsinə yumruqla zərbələr vurdum, tapança əlindən düşdü. Hər ikisi mənə hücum etdi, əlbəyəaxa olanda biri bıçaq çıxarıb məni vuranda Amil içəri girdi və stulla onu vurdu. Digər “killer” bıçaq çıxarıb məni vuranda atam arxadan onun başından vurdu. Hər iksi otaqdan çıxıb qaçdılar”- deyə zərərçəkmiş bildirib.

Şahid Amil Hüseynov da istintaqda dindirilən zaman Rövşən Hüseynovla eyni məzmunlu ifadə verib. O deyib ki, Rövşənin “killerlər atama hücum edir”- deyə qışqırdığını eşidib, onun yanına gəlib.

Bu iş üzrə həbs edilən digər şəxs, hazırda Moskvada həbsxanada cəza çəkən Nahid Zahidovun da ifadəsi məlum olub. O deyib ki, 2012-ci ildə bir neçə dəfə İslam Hüseynova zəng edib yenidən yaxın münasibətlər qurmağı, işi və ticarəti ilə əlaqədar öz köməyini təklif edib. Nahid Zahidov söyləyib ki, İslam Hüseynov ona kobud formada rədd cavabı verib və bundan sonra aralarında ziddiyyət, şəxsi düşmənçilik yaranıb.

İfadəsinin davamında Zahidov qətl planı qurduğunu etiraf edib: “İslamın mühafizəçilərlə gəzdiyini bilirdim. Bunu təkbaşına edə bilməyəcəyimi düşündüm. Moskvaya gəlib Raminlə danışdım. Razılaşdıqdan sonra İslamın ofisinə getdik. Məndə səsboğucusu olan kiçik tapança, Ramin də isə “PM” markalı tapança var idi. İslamın ofisinə daxil olanda mühafizəçisinə müalicə üçün maddi yardım almağa gəldiyimizi dedik. Kabinetə girəndə İslam silahları görüb qışqırmağa başladı. Mühafizəçi qışqırığı eşidərək Ramin Bağırova hücum etdi. İslam da mənə hücum etdi. Tapançanın səs boğucusundan tutdu. Tapançanı kənara atıb bıçağı çıxardım. Cavan oğlan içəri girəndə bıçağı atıb kabinetdən qaçdım. Ramin də kabinetdən qaçdı. Sonra Raminin İslamın mühafizəçisini öldürdüyünü dedi. Buna görə Raminə iradımı bildirdim”.

Ramin Bağırov isə elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Deyib ki, qohumu Nahid Zahidovla İslam Hüseynovun yanına gedib. Həmin vaxt İslam Hüseynov və adamları Nahid Zahidova hücum edib. Ramin Bağırov özünü müdafiə edərək oradan qaçdığını və Azərbaycana qayıtdığını deyib.

Bildirək ki, Nahid Zahidov hadisədən bir müddət sonra Moskvada həbs edilib. Ramin Bağırov isə Azərbayacan qayıtdıqdan bir neçə il sonra saxlanılıb.

Qeyd edək ki, Ramin Bağırov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 13 il müddətinə azadlıqdan məhrum edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda əməliyyat: 60 nəfər saxlanıldı