Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9038
az

Kafenin qarşısında dəhşət: 3 uşaq atası öldürüldü +VİDEO

10:4918 Yanvar, 2019
621
  • A
 
16 yanar, saat 1 radələrində Xaçmaz rayonunun Müşkür kəndi ərazisindəki kafelərin birinin qarşısında bıçaqlanma hadisəsi baş verib.

Femida.az ARB TV-yə istinadən xəbər verir ki, Xaçmaz rayonunu Müşkür kənd sakini Tamerlan Həmidovun bıçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Mərhumun ailəsi isə hadisədən səhər saatlarında xəbər tutub.

Mərhumun dayısı: “Polis şöbəsinə məlumat verilib ki, meyit morqdadır. Dərhal gedib baxdıq ki, həqiqətən də bacım oğludur. Qətlə yetirəni tanıyırıq, qonşu kənddəndir. Lakin aralarında münaqişə olmayıb. Məsələnin təfərrüatlarını bilmirik. Polislər araşdırırlar”.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Mürşüdoba kənd sakini Nazim Həsənov saxlanılıb.

Mərhum 27 yaşlı Tamerlan Həmidov isə ailəli olub, 3 övladı var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO
25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO