Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7216
az

\"İki ailə dağıntılar altında qalıb\" - Azərbaycan səhəri acı xəbərlə açdı (FOTOLAR+VİDEO)

09:4320 Noyabr, 2018
943
  • A
 
Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı iki ailə dağıntılar altında qalıb.

Bunu “Report”un Qərb bürosuna açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Zeynalov deyib.

O, bildirib ki, ərazidə xilas etmə işləri davam etdirilir:

“Bu gün səhər saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinə yaşayış binasında uçqun olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə əməkdaşlarımız tərəfindən baxış keçirilib. Xilasedicilər tərəfindən xilasetmə əməliyyatlarına başlaınılıb, bütün lazımi texnikalar əraziyə cəlb olunub”.

M.Zeynalov əlavə edib ki, uçqun zamanı 4 mənzildə dağıntılar qeydə alınıb:

“İlkin araşdırmalar nəticəsində məlum olub ki, iki evdə yaşayış olmayıb. Digər evlərdə yaşayan ailələrin kimlikləri dəqiqləşdirilir. Hazırda mütəxəssislər tərəfindən binaya baxış keçirilir. Əgər yaşayış binasındakı digər mənzillərdə yaşayan sakinlərin
həyatı üçün təhlükə yaranarsa, onlar da təxliyə edilərək başqa ərazilərə köçürüləcək”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qapını döyən canavarlar, Telliyə vurulan üç güllə, dağlar qoynundakı sirli ev

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş