Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6428
az

Adamyeyənlərin,manyakların saxlanıldığı dəhşətli həbsxana: Burada danışmaq,öskürmək olmaz +VİDEO

15:2125 Oktyabr, 2018
2021
  • A
  
Dünyada  xüsusilə ağır cinayətlər törətmiş şəxslərin saxlanıldığı bir sıra həbsxanalar mövcuddur. Bu tip həbsxanadan Azərbaycanda da var. Qobustan qapalı həbsxanası xüsusi ağır cinayətlər törədən cinayətkarların saxlanıldığı yerdir. Burada nəzarət və rejim digər həbsxanalardan  xeyli fərlənir.

Dünyanın ən qorxunc həbsxanalarından biri  Rusiya Federasiyası ərazisində yerləşən "Qara Delfin" dir. Bura ciddi rejimi  və vahiməli üsulu ilə digər həbsxanalardan çox fərqlidir.

Qalanın həbsxanaya çevrildiyi tarix...

"Qara Delfin" həbsxanası  əvvəllər qala olub.1756-cı ildə Elizaveta  Petrovnanın  fərmanı ilə  tikilib.Orada əvvəlcə xüsusi cinayət törədən şəxslərin cəzalandırılması və dəhşətli işgəncələrlə  öldürülməsindən  istifadə  olunurdu. 1824-cü  ildə qala söküldü və yerində həbsxana tikildi. Oktyabr inqilabına qədər həbsxanadan  "etap" ötürülən  şəxslərin saxlanıldığı yer kimi istifadə  olunurdu. Daha sonra  əsirlərin  sürgünə göndərildiyi düşərgə və müharibə zamanı əsir düşmüş  şəxslərin saxlanıldığı  həbsxana  kimi istifadə  olunmağa başlanıldı. 2006-cı ildən etibarən həbsxanaya nəzarət daha da gücləndirildi. Bura  indi  ömürlük  həbs  cəzası  almış  məhkumların  saxlanıldığı xüsusi rejimli islahedici koloniyadır.
 



"Qara delfin" in qorxunc  sakinləri...Adamyeyənlər,terrorçular...

Burada  aralarında  adamyeyənlər, qatillər, qanlı terrorçular və digər təhlükəli canilərin də olduğu dünyanın ən qorxulu 700 məhkumu saxlanılır. İçərisində dustaxlardan çox gözətçinin olduğu bu həbsxana girişində məhkumlar tərəfindən inşa edilən delfin heykəlinə görə elə, "Qara delfin” adlandırılır. Rusiyaya məxsus bu həbsxana Qazaxıstanla sərhəddə yerləşir. Buradakı məhkumların, təxminən 3500 adamın ölümünə səbəb olduqları bildirilir. Bu da hər məhbusun ən az beş cinayət törətməsi deməkdir.

Dünyanın  ən qorxunc həbsxanasının qaydaları: Danışmaq, mahnı oxumaq, siqaret  çəkmək olmaz!
Bu həbsxananın özünəməxsus qaydaları var. Bu qaydalara əməl etmək hər bir məhkumdan tələb  olunur və  məcburidir. Məhkum yüksək səslə danışa, mahnı  oxuya və siqaret  çəkə bilməz. Gündə  yalnız  yarım  saat  radioya qulaq asa bilər.

Məhkumlar gündə yalnız bircə dəfə öz kameralarından çıxaraq 90 dəqiqəlik gündəlik məşq hərəkətləri üçün bir az daha böyük kameraya aparılırlar. Bu isə belləri bükük və əlləri yuxarıdan qandallanmış halda, ən az 3 gözətçinin nəzarəti ilə həyata keçirilir.
Məhbusların bağça gəzintisi də eyni ilə belləri bükülmüş halda və ən az 3 gözətçinin nəzarəti ilə edilir.  

Hücrələrdə 24 nəazrət kamerası davamlı nəzarət altında olan məhkumların günboyu oturmaqlarına, ya da yatmalarına icazə yoxdur. Yalnız icazə verilən vaxtda yatmaq olar. Həbsxanada yeməkxana yoxdur. Onlara yeməklər gündə 4 dəfə kameralarına gətirilir.
Həbsxanadan indiyədək kimsə qaça bilməyib, heç buna cəhdlər də olmayıb. Ömürlük həbs cəzası alan bu cinayətkarlardan indiyədək azadlığa çıxan da olmayıb.


Bu həbsxanada  məhkumlar ancaq işıqda yatır...

Bir  həbsxana  kamerası  5-10  kvadrat  metrdir. Bir  kamerada  2-4 məhkum yatır.Adamyeyənlər  və manyaklar tək adamlıq kameralarda cəzasını çəkir. Xüsusilə təhlükəli  cinayətkarlar "stəkan" adlandırılan dar  qəfəsə  salınır. Həmin kameralarda  bütün günü, hətta gecələrdə  işıq yanır. Məhkumların qaranlıqda yatması qadağandır.

Oxu24.com


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın küçədə qan içində qaldı... — Polis dərhal həbs etdi / VİDEO
Əri işə gedən kimi sevgilisini yatağına saldı, sonra atası... - Azərbaycandakı olay HAMINI ŞOKA SALACAQ
Bakıda  qızlara söz atan  oğlan  öldürüldü

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü