Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6017
az

Bakıda 3-cü sinif şagirdi özünü öldürmək istədi - İlginc faktlar

13:0711 Oktyabr, 2018
881
  • A
 Bakı şəhərində yerləşən 302 nömrəli tam orta məktəbin III sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib.
 
Oxu24.com  xəbər verir ki, bu barədə məktəbdən Qaynarinfo-ya məlumat verilib. Məlumatda bildirilir ki, hadisə dünən, tənəffüs zamanı, təxminən saat 08.48 radələrində baş verib:

"Ötən tədris ilindən dərsə davamiyyəti yaxşı olmadığına görə müvafiq tədbirlər görülüb və aydın olub ki, şagird dini təriqətli valideynlərinin təsiri altındadır.
Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları məktəb rəhbərliyinə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib.

Məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib. Məktəbin psixoloqu və müəllimləri də məsələnin həllinə cəlb olunub. Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər".
 
Qeyd edək ki, son dövrlərdə müxtəlif dini təriqətlərin sayı və əhatə dairəsi genişlənməkdədir. Bu təriqətlərə üzv olan valideynlər bəzən öz inancları uğruna övladlarının da tədrisdən uzaqlaşmasına səbəb olurlar. Bütün dinlərdə elm öyrənmək təbliğ olunur, gözəl əməl sayılır. Təsadüfi deyil ki, Məhəmməd Peyğəmbər də hədislərinin birində "Bir saat elm öyrənmək, 60 il ibadətdən üstündür" deyir. Elmin dəyərini, elmin qiymətini dərk edin və övladlarınızı təhsildən, tədrisdən uzaqlaşdıraraq, onların gələcək bədbəxtliyinə səbəb olmayın. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO
25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü