Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
591
az

“Lotu Quli”nin yaxın adamını öldürən 6 nəfər saxlanıldı - Təfərrüat

20:3313 Aprel, 2018
1779
  • A
 8 apreldə Türkiyənin Antalya şəhərinin Kəmər qəsəbəsində baş verən, Rusiya və Türkiyənin gündəmini zəbt edən cinayət barədə detallar üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, həmin gün Arslanbucaq məhəlləsində bir nəfər öldürülmüş, bir gənc isə yaralanmışdı.
Hadisədən sonra əraziyə cəlb edilən polislər onların üstündən saxta şəxsiyyət vəsiqəsi aşkarlamışdı. Aparılan araşdırmalar zamanı həmin şəxslərin əslində gürcü kriminal avtoritet “Giya” ləqəbli Qayoz Zviadadze Lonqinozoviç və mühafizəçisi Giqa Qiorkelidze olduğu müəyyənləşib.

Məlumata görə, onlar villalarına yaxınlaşan zaman naməlum şəxslər “Giya” və mühafizəçisini atəşə tutublar. Başından vurulan Qayoz Zviadadze yerindəcə ölüb. 27 yaşlı mühafizəçi isə ayağından yaralanıb.
Cinayətkarlar hadisə yerindən qaçaraq istifadə etdikləri avtomobili boş ərazidə tərk ediblər. Lakin, bu da cinayətkarların polislərdən qaçmağına mane olmayıb.Həmin atvomobilin kirayə götürüldüyü, nömrənin isə saxta olduğu dəqiqləşdirilib.

Polislər izləri təqib edərək onların yerini müəyyənləşdirib. Keçirilən əməliyyat nəticəsində rus, gürcü və erməni əsilli olduğu bildirilən 6 nəfər – A.Ruslan (54), G.David (55), P.Giqa (27), K.David (32), M.Akaki (32) və J.Arman saxlanılıb.

Cinayətin Rusiyanın Rostov vilayətinə nəzarət uğrunda baş verdiyi bildirilir. Ehtimallara görə, Giyanın qətli onun ən böyük rəqibi Nodar Rustavski kimi tanınan Nodar Asoyan tərəfindən sifariş edilib. Məlumata görə, Giya 4 ay öncə Nodar qarşısında güc toplamaq məqsədilə Türkiyəyə gəlib və bu istiqamətdə gizli fəaliyyət görməyə başlayıb. Onun Türkiyədə ən böyük dəstəkçisi isə “Lotu Quli” olub. Hətta yanvarda keçirilən oğru yığıncağını (sxodka) da məhz onun idarə edib.

Məlumat üçün bildirək ki, 60 yaşlı Qayoz Zviadadze Gürcüstanın Kutaisi şəhərində doğulub. Onu Rusiyada Giya Kuaiski kimi də tanıyırlar. İlk dəfə 20 yaşında həbsxanaya girən kriminal avtoritet ömrünün 21 ilini həbsxanada keçirib.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı
Borcu ödəməmək üçün tanışını öldürdü

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş