Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5512
az

Beyləqanda namus üstündə qətl — Yeniyetmə anasının çarpayısındakı yad kişini qətlə yetirdi

13:1325 Sentyabr, 2018
1094
  • A
 Anasının gəzdiyi kişini öldürən yeniyetmə cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib. Ölkə.Az”ın məlumatına görə, qətldə təqsirləndirilən Elvin Qasımov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə qarşısında Elvin Qasımov cavab verib. E.Qasımov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham edilib. İttihama görə, hadisə Beyləqan rayonunda qeydə alınıb. Rayonun Mil kənd sakini Elvin Qasımov özündən 16 yaş böyük Qadir Orucovu qətlə yetirib. O, Qadirə çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda keçinib. İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, qətl hadisə namus üstündə törədilib. Mərhum Q.Orucov E.Qasımovun anası ilə qeyri-rəsmi görüşüb. Elvin anasından dəfələrlə Q.Orucovla görüşməməyi tələb edib, əks halda həmin şəxsi öldürəcəyi ilə hədələyib. Lakin ana yeniyetmə oğlunun bu hədələrinə əhəmiyyət verməyib və Q.Orucovla görüşməyə davam edib. Hadisə baş verən günü evə gələn 16 yaşlı yeniyetmə anasına məxsus çarpayıda Q.Orucovun yatdığını görüb. Bundan əsəbləşən yeniyetmə mətbəxdən götürdüyü bıçaqla yatdığı yerdə Qadir Orucova çoxsaylı bıçaq zərbələri vurub. Daha sonra polis şöbəsinə gedərək hadisədə istifadə etdiyi bıçağı polislərə təhvil verib. Məhkəmənin hökmü ilə Elvin Qasımov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR