Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5496
az

Oteldə qızın başın kəsən şəxs danışdı:\"Ona 11 bıçaq vurdum\"

21:4424 Sentyabr, 2018
1729
  • A
 Abşeronda oteldə törədilən qətlin təfərrüatı məlum olub.

Oxu24.com  "Report”a istinadən xəbər verir ki, Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki "Oskar" otelində 35 yaşlı Nəriman Əliyev 21 yaşlı sevgilisi, Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib.

Araşdırma zamanı N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağada yerləşən klubların birində tanış olduğu və bu zaman ərzində tez-tez görüşdükləri məlum olub. 

Təqsirləndirilən şəxs polisə verdiyi ifadəsində hadisəni A.Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib: 

"Aysel həmin gecəni mənimlə birgə keçirəcəyinə söz verdi. Ancaq verdiyi sözü tutmadı. Görüşdükdən sona yenidən çalışdığı kluba qayıtmaq istədiyini dedi. Bu zaman əsəbləşdim, digər otağa keçib bıçaq götürdüm və onu bıçaqladım. O, qan içində qıvrılırdı və öldüyünü gördükdən sonra qaçdım"

N.Əliyev qaçsa da, Abşeron rayon Polis idarəsi və Mehdiabad polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur