Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4980
az

QONŞUSU ILƏ ILLƏRLƏ GIZLICƏ SEVIŞDI, VIDEOYA ÇƏKDI, SONRA ISƏ... - AZƏRBAYCANDA BIABIRÇILIQ

18:5103 Sentyabr, 2018
1874
  • A
 Masallı rayonunda qadını şantaj etməkdə təqsirli bilinən Yardımlı sakini, 1983-cü il təvəllüdlü Alim Şamiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com publika.az-a istinadən xəbər verir ki, Alim Şamiyev tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu gəlmək yolu ilə ələ keçirmək məqsədilə tanışı, Masallı rayon sakini Səmayə Əliyeva (ad və soyad şərti verilib – H. Z.) ilə cinsi əlaqədə olduqdan sonra onun yarıçılpaq şəkillərini çəkib.

Cinsi əlaqədə oldu, şantaj etdi

Daha sonra Alim Səmayənin barəsində rüsvayedici məlumatları özündə əks etdirən həmin şəkilləri yaymaqla hədələyib. Alim 2015-ci ilin fevral ayının əvvəllərində Səmayədən 800 manat pul tələb edib. Səmayə isə Alimə həmin miqdarda pulu verməkdən imtina edib.

Lüt şəkillərini küçədə yaydı

Bundan sonra Alim həmin şəkilləri Səmayənin yaşadığı küçəyə ataraq yayıb. Sonra o, yenidən Səmayədən 650 manat məbləğində pul əldə edib.

Səmayə Əliyevanın şikayəti əsasında Alim Şamiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

İstintaq orqanı tərəfindən Alim Şamiyevin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

"4 il cinsi əlaqədə olmuşuq”

Təqsirləndirilən şəxs qismində ifadə verən Alim Şamiyev bildirib ki, Səmayə ilə qonşuluqda yaşayıb: "Bizim bir-birimizə qarşı sevgi hissimiz oyanıb. Beləcə də uzun bir müddət ərzində, təxminən 4 il müxtəlif yerlərdə cinsi əlaqədə olmuşuq”.

"Lüt şəkillərini küçəsinə atmamışam”

Alim Şamiyev Səmayənin lüt şəkillərini çəkməsini və yaymasını təkzib edib: "Səmayənin lüt şəkillərini çəkməmişəm, ondan pul tələb etməmişəm. 800 manat vermədiyi halda, lüt şəkilləri onun yaşadığı küçəyə atmağım barədə deyilənlər yaylandır”.

"Lüt şəkillərimi çəkib”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səmayə Əliyeva bildirib ki, Alim onunla cinsi münasibətdə olarkən fotoşəkillərini çəkib, sonradan isə həmin fotoşəkilləri yayacağı hədəsi ilə ondan pul tələb edib: "İstədiyi məbləği vermədiyimə görə isə şəxsiyyət vəsiqəmin surətindən istifadə edərək adıma mobil telefon nömrələri alıb. Həmin nömrələrdən mənə və qohumlarıma dəfələrlə zənglər edib, mesajlar yazıb”.

3 il 6 ay həbs

Masallı rayon Məhkəməsinin hökmü ilə Alim Şamiyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Alim Şamiyev apelyasiya şikayəti verib.

Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Cəzadan 6 ay çıxıldı

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib, Alim Şamiyevin cəzası 3 ilə endirilib.

Bu qərardan narazı qalan Alim Şamiyev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Alim Şamiyevin kasasiya şikayəti təmin olunmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO
25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO