Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4513
az

Fədayənin bacısı ifadə verdi: \"Ağlıma gəlmızdi ki...\"

23:0414 Avqust, 2018
1013
  • A
Kriminal aləmin üzvü "Qoca" ləqəbli Etibar Məmmədovun və Əli Ağaminin dustaqların etap olunduğu xüsusi vaqondan qaçmasına köməklik etməkdə ittiham olunan Fədayə Laçının bu planda hansı rolu oynadığı bəlli olub.

Oxu24.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, onun ögey bacısı Telli Ağayeva istintaqa ifadəsində bu barədə danışıb.

Azərbaycan Dəmir Yolları İdarəsinin işçisi olan T. Ağayeva bildirib ki, Fədayə ilə münasibəti həmişə yaxşı olub:
"Mən 2016-cı ildən Bakı-Tbilisi-Bakı istiqamətində vaqon rəisi işləyirdim. 2017-ci ilin oktyabr ayının əvvəllərində Fədayə  "WhatsApp"da mənə vaqon açarı lazım olduğunu yazdı. Dedi tanışının həyətində qəfəs var, onu açmaq üçün üçküng vaqon açarı lazımdı. Mən də tanışlardan soruşacağımı dedim. Bu söhbətdən sonra həmkarım Ədalət Zeynalovdan açarı tapmaqda köməklik etməsini istədim. Ədalətlə görüşəndə açarı mənə uzatdı, amma həmin gün Tiflisə gedəcəyim üçün Fədayənin gəlib götürəcəyini dedim. Ədalətin telefon nömrəsini Fədayəyə verdim. Mən reysdə olanda Fədayə mesaj yazıb açarı götürdüyünü dedi. Bakıya qayıdandan sonra Ədalət açarı götürməyə şübhəli, narkomana oxşayan bir adamın gəldiyini və buna görə başının ağrıyacağını dedi. Mən isə bacımın mənə ziyan verəcək bir iş görməyəcəyini bildirdim.
Həmin açara "trexqranka" deyilir, silindirik formada olur, içərisi üçküncdür. Bu açarla qatarda vaqonun hər yerini açmaq mümkündür. Biz işlədiyimiz dövrdə bu açarı heç vaxt rəsmi qaydada qəbul etməmişik. Mən Ukraynada Xarkov dəmiryolçularından həmin açarı pulla almışdım. Mən Fədayə üçün vaqon açarı tapanda ağlıma da gəlməzdi ki, kimsə ondan istifadə edib həbsdə olan şəxslərin qaçmasını təşkil edəcək".

Qeyd edək ki, "Qoca" saxlanılarkən silahlı müqavimət göstərdiyi üçün öldürülüb, Ə. Ağami isə saxlanılıb. Bu hadisə ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin vəzifəli şəxsləri də həbs olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı
59 yaşlı usta sexdə ÖLDÜ
Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Bakıda marketdən 8 000 manatlıq spirtli içki oğurlandı - VİDEO