Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4031
az

Təcili yardım gecikdi — Gənc oğlan həyatını itirdi

09:4028 İyul, 2018
1111
  • A
 Nəsimi rayonunda Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin gecikməsinə görə bir nəfər ölüb.
"Oxu24.com-un Report-a istinadən verdiyi xəbərinə görə, hadisə 28 May ilə Rəşid Behbudov küçəsinin kəsişməsində baş verib.

Belə ki, hadisə şahidlərinin verdiyi məlumata görə, təxminən 25-30 yaşlı oğlan sərxoş vəziyyətdə yolun kənarında  halı qəfil pisləşib. Bunu görən Bakı sakini Aynur Məmmədova Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) müraciət edib. Təcili yardım briqadası gələnə qədər adı hələlik bilinməyən şəxs dünyasını dəyişib. A.Məmmədova "Report"a bildirib ki, təcili yardım məlumat verilən müddətdən təxminən 1 saat müddətində gəlib.

Təcili Tibbi Yardım Xidmətinin həkimi isə "Report"un əməkdaşının suallarını cavablandırmaqdan boyun qaçırıb.

Baş vermiş ölüm hadisəsi ilə bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Meyit müayinə olunması üçün morqa təhvil verilib. Hazırda hadisənin dəqiq səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət
Göygöldə iki bacı dəm qazından zəhərlənib
Bakıda zəncirvari qəza - Xəsarət alan var - FOTO

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu