Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3550
az

Masallıda qadın, oğlu və qardaşı oğlu göldə boğularaq ölüb

20:4510 İyul, 2018
1440
  • A
 Masallı rayonunda üç nəfər göldə boğularaq ölüb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Miyənkü kəndi ərazisində baş verib.

Onlar 1981-ci il təvəllüdlü Vüsalə Sabir qızı Kərimova, onun oğlu, 2007-ci il təvəllüdlü Elmar İlqar oğlu Kərimov və qardaşı oğlu, 2009-cu il təvəllüdlü Hüseyn Şəmkir oğlu Zamanovdur. Boğulan şəxslərin hər üçü Miyənkü kənd sakinləridir. Meyitlər sudan çıxarılaraq ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı
Borcu ödəməmək üçün tanışını öldürdü