Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3368
az

Təcili yardım həkimi yaralını söydü - Qohumlar həkimi \"girov\" götürdü

10:0104 İyul, 2018
1897
  • A
Bakının Qaradağ rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Səngaçal qəsəbəsində yerləşən daş karxanasının yanında baş verib.

1981-ci il təvəllüdlü Elşad Rəhimov, 1988-ci il təvəllüdlü Elməddin Məmmədov və 1979-cu il təvəllüdlü Qulu Bağırov "Qazel" markalı yük maşını ilə Ağsu rayonuna toya gedən zaman yolda maşın xarab olub.

"Qazel"in sürücüsü Elşad Rəhimov bildirib ki, bu zaman onların yanında tanımadıqları "Kamaz" markalı yük maşını saxlayıb.

Onun sözlərinə görə, E.Rəhimov və digər iki nəfər maşından düşüb "Kamaz"ın sürücüsünə yaxınlaşmaq istəyəndə, hadisə yerinə "Tofaş" markalı avtomobil də gəlib.

Daha sonra "Tofaş" və "Kamaz"da olan naməlum şəxslər heç bir irad bildirmədən küt alətlər vasitəsilə E.Rəhimov, E.Məmmədov və Q.Bağırovu döyərək onlara ağır xəsarətlər yetiriblər. Hadisə yerinə "təcili yardım" maşını çağrılıb. Hadisə yerinə gələn Təcili Tibbi Yardım Stansiyasının həkimi Elmar Əliyev yaralılardan birinə qarşı nalayiq ifadə işlədib. Buna görə də, yaralıların qohumları həmin həkimi yanlarında saxlayaraq getməyə qoymayıblar.

Həkim həmin ifadəni işlədən zaman əsəbi olduğunu bildirib:

"Xəstəyə ilkin tibbi yardım göstərdim. Lakin o mənə həmin naməlum şəxslərdən pul aldığımı dedi. Mən səhv edib ona qarşı nalayiq ifadə işlətdim. Səhv etdim, gərək elə söz deməzdim. Səhvimi başa düşdüm, yaralının atasından, qardaşlarından üzr istəyirəm".

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Q.Bağırovun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. Hazırda polis əməkdaşları hadisəni törədən şəxslərin tutulması istiqamətində iş aparır./Report Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur