Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1719
az

İcra başçısının Qarabağ qazisini qanına qəltan edən qoçusunu siz də tanıyın -

11:2814 May, 2018
2755
  • A
 Abşeron başçısının Qarabağ əlilinin qanını tökən qoçularının görüntüləri Abşeron rayonunun Fatmayı qəsəbəsində Qarabağ müharibəsi veteranını pul vermədiyi üçün döyüb qanına qəltan edən qoçulardan birinin kimliyi məlum olub.

Oxu24.com  xəbər verir ki, qoçular tərəfindən döyülən və üzləşdiyi qanunsuzluğa etiraz olaraq tikdiyi evə od vurub yandıran Fuad Əkbərov həmin şəxslərdən birinin mobil telefonla çəkilmiş fotosunu criminal.az-a təqdim edib.







O, hadisənin necə baş verdiyini danışıb:

"Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən müsavat.com-a təkzib məktubu göndərilib.

Məktubda deyilir: "11 may 2018-ci il tarixində Abşeron rayonu Mehdiabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əkbərov Fuad Mübariz oğlu rayonun Fatmai kəndi ərazisində yerləşən və içərisində yaşayış olmayan bir mərtəbəli yeni tikilini qabaqcadan hazırlanmış və təxribat, təhdid xarakteri daşıyan video çəkmək məqsədi ilə yandırmışdır.

Qeyd etmək istərdik ki, Fuad Ələkbərov Fatmai kəndi ərazisində əmlak alqı-satqısı ilə məşğul olur. Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Fuad Ələkbərovun məlum videoda iddia etdiyi kimi, söküntü işləri aparmır və ondan hər hansı bir vəsait tələb olunmayıb. Üstəlik, ona qarşı hər hansı bir fiziki təzyiq göstərilməyib. F.Ələkbərov özünün bizə məlum olmayan məqsədləri üçün əvvəlcədən planlaşdırıb, hazırladığı ssenari üzrə addım ataraq internet televiziyasının nümayəndəsini tikilməkdə olan sözügedən mənzilə çağırmış və xüsusi hazırlanmış nitqi ilə video çəkiliş aparmışdır. Hazırda Abşeron rayon prokurorluğunda cinayət işi başlanılmış və istintaq aparılır”.

"Mən 2014-cü ildən o evdə yaşayırdım, bütün sənədlərim də qaydasında idi, o cümlədən evin "kupça”sı da var. Qəfildən baxdım ki, evin qabağında ekskovator dayandı və bir dəstə mülki geyimli üstümə hücum çəkdi. Dedilər ya pul ver, ya evini sökürük. Dedim pul verməyəcəm, əvvəla rüşvət verməyə pulum yoxdur, ikincisi mən bu evi qanuni tikmişəm, bütün sənədlərim də var. Sənədlərə filana məhəl qoymadılar. Məni 3 uşağımın gözü qarşısında döyüb bu hala saldılar”, - Fuad Əkbərov deyir.

F.Əkbərov onu döyən qoçuların hamısını tanıdığını deyir, dediyinə görə yaxınlıqdakılar şəkillərini də çəkiblər.

 O, başına gələnlərə etiraz olaraq özünü öldürmək istəyib, imkan verməyiblər, amma evə od vurmağa imkan tapıb. Xəstəxanaya müraciət edən Əkbərov da orta ağır xəsarətlər qeydə alınıb.

Yenidən Criminal.az saytı F.Əkbərovla əlaqə saxlayıb. O, barəsində cinayət işinin başlandığını təkzib etsə də, dövlət idarəsində izahat yazdığını bildirib.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Kərimlinin sürücüsü istintaqa şok ifadə verib
Bakıda gecə əməliyyat: Saxlanılanlar arasında qadınlar da var
Azərbaycanda biabırçılıq: Polis vəzifəli şəxsi qadınla intim əlaqədə olarkən tutub

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda əməliyyat: 60 nəfər saxlanıldı