Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1011
az

Mağaza sahibini öldürənə 9 il həbs verildi

11:5624 Aprel, 2018
900
  • A
 Bakı Ağır Cinayətlər Məhkəməsində mağaza sahibini öldürməkdə təqsirləndirilən Əmrah Əlizadəyə hökm oxunub.

“Oxu24.com”un verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Ə.Əlizadə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Ə.Əlizadənin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, 2017-ci il yanvarın 9-da Bilgəh qəsəbəsində Ə.Əlizadə mağazaya gələrək oranın sahibi, qonşusu Hacıbaba Məmmədovu bıçaqlayara öldürüb. Belə ki, Ə.Əlizadənin dükandan aldığı ərzağa görə 30 manat borcu olub. Bir neçə gün əvvəl həmin borcu tam ödəyəcəyinə söz versə də, həmin gün pulun bir qismini qaytarıb. H.Məmmədov da buna etiraz edib və Əmrahı təhqir edib. Bu zaman Ə.Əlizadə onu bıçaqlayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tovuzda 40 yaşlı kişi FACİƏLİ şəkildə öldü
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət
Göygöldə iki bacı dəm qazından zəhərlənib

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Tovuzda 40 yaşlı kişi FACİƏLİ şəkildə öldü