Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7817
az

Bu şəxslərin maaşı artdı

22:3410 Dekabr, 2018
622
  • A
 Bütün sahələrdə olduğu "BakuBus” MMC-də çalışan avtobus sürücülərinin sosial-rifah halının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir.

Bakı Nəqliyyat Agentliyinin(BNA) mətbuat xidmətindən Oxu24.com verilən məlumata görə, ölkə başçısı İlham Əliyevin xüsusi qayğısı sayəsində son üç ildə "BakuBus” MMC-də çalışan sürücülərin də sosial-müdaifəsi ilə bağlı müxtəlif tədbilər reallaşdırılıb.

 Bu tədbirlərin davamı olaraq 1 dekabrdan etibarən "BakuBus” MMC-də çalışan sürücülərin aylıq əmək haqları orta hesabla 10 faiz artırılıb. Məqsəd, sürücülərin maddi rifah halını daha da yaxşılaşdırmaq, həmçinin, onların işə daha məsuliyyətlə yanaşmasına nail olmaq və avtobuslarda əhaliyə göstərilən xidmətin keyfiyyətini daha da yüksəltməkdən ibarətdir.

Qeyd edək ki, sürücülər "BakuBus” MMC-də gün ərzində növbəli iş qrafiki üzrə çalışırlar. Məlumat üçün bildiririk ki, "BakuBus" MMC tərəfindən sürücü vəzifəsinə növbəti işə qəbul elan olunub. İş üçün "D” kateqoriyalı sürücülük vəsiqəsi olan vətəndaşlar "BakuBus" MMC-yə müraciət edə bilərlər. Vətəndaşlara işə qəbul barədə ətraflı məlumat almaq üçün (012) 404-11-10 telefon nömrəsinə zəng etmək tövsiyə olunur.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?
1.7 milyon adamın maaşı artacaq - Şad xəbər
Respublika üzrə pensiyalar ödənildi

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO