Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7020
az

Bakının bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq

19:5613 Noyabr, 2018
760
  • A
 Noyabrın 14-də saat 10:00-dan etibarən “Sulutəpə”, “Alatava”, “Xocasən” Qaz Paylayıcı Stansiyalarından, “Laçın qaçqınları” və “Elit Yatırım” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Bu barədə Yenicag.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, zəruri təmir işləri ilə əlaqədar, Abşeron rayonu, Xırdalan şəhərinin bir hissəsi, Sulutəpə, Hökməli, Atyalı, Qobu, Güzdək, Aşağı Güzdək, Çiçək qəsəbələri və Qaçqınlar şəhərciyinin, Nəsimi rayonu Tibilisi prospekti, 1 və 2-ci Alatava, 20 yanvar A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin, Matadrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Məhdudiyyət diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 27-ci km-də aşkar olunmuş qaz sızmasının ləğv edilməsi ilə əlaqədardır və təmir işləri başa çatanadək davam edəcək.

Görülən təmir işlərinin Yeni Yasamal yaşayış massivi, Şərifzadə,Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin,həmçinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?
1.7 milyon adamın maaşı artacaq - Şad xəbər
Respublika üzrə pensiyalar ödənildi

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı AÇIQLAMA