Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5237
az

İlham Əliyev 2 sərəncam imzaladı

18:3614 Sentyabr, 2018
1058
  • A
 Prezident İlham Əliyev Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu24.com-un məlumatına görə, sərəncamda bildirilir ki, əhalinin keyfiyyətli içməli su, eləcə də kanalizasiya xidmətləri ilə təmin edilməsi sosial siyasətin əsas hədəflərindəndir. Bu baxımdan, respublikanın bütün regionlarında yerləşən yaşayış məntəqələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və təkmilləşdirilməsi, əhaliyə göstərilən xidmətlərin sabitliyinin və keyfiyyətinin artırılmasına xidmət edən layihələrin icrası müvəffəqiyyətlə davam etdirilir. İcra olunan layihələr çərçivəsində kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması istiqamətində mövcud kanalizasiya şəbəkə və qurğularının cari təmiri, təmizlənməsi, təftişi, yeni kanalizasiya kollektorlarının inşası işlərinə xüsusi diqqət yetirilir.

Bakı şəhərinin Bayıl, 20-ci sahə, Şıx qəsəbələrində formalaşan tullantı sularının nəql edilməsi, Bakı körfəzinə dənizkənarı zonadan tullantı sularının axmasının qarşısını almaq üçün Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 3 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 2017-ci il 31 may tarixli 2940 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ü.R.Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 28 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

“Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 may tarixli 2940 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 962) 1-ci hissəsində “İnam Kərimov” sözləri “Ülvi Mehdiyev” sözləri ilə əvəz edilsin. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...
Qarabağ suvarma kanalı yenidən qurulacaq
Azərbaycanda elektrikli avtobusların istehsalına başlanılacaq

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda əməliyyat: 60 nəfər saxlanıldı