Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4001
az

Sosial yardım üçün bu sənədlər tələb olunmayacaq

23:2026 İyul, 2018
1230
  • A
   Azərbaycanda ünvanlı sosial yardım almaq üçün prosedurlar sadələşdirilir.
 
Anews.az "Xəzər xəbər”ə istinadən xəbər verir ki, ilkin olaraq yardım almaq üçün müraciət zamanı elektron ərizədə bəyannamənin doldurulması üçün tələb olunan sənədlərin sayı azaldılır. Sonrakı mərhələdə isə sosial yardımı almaq üçün, ümumiyyətlə hər hansı bir sənəd toplamaq və ərizə bəyannaməsi verməyə ehtiyac olmayacaq.



Sosial yardım almaq üçün müraciət zamanı ailənin gəlirləri, tərkibinə daxil olanların pensiya və müavinətləri barədə məlumatlar vətəndaşdan istənilməyəcək. Artıq belə məlumatlar birbaşa mərkəzi informasiya bazalarından götürüləcək.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən atılan bu addımın əsas məqsədi sosial yardım üçün prosedurların sadələşdirilməsidir. Sadələşdirmə iki mərhələdə həyata keçiriləcək, birinci mərhələnin sentyabrın sonuna kimi yekunlaşdırılması planlaşdırılır.


Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün məlumatların vahid elektron bazada toplanılmasını nəzərdə tutan "Sosial Reyestr"in hazırlanması prosesi gedir. Bu proses başa çatdıqdan sonra ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət zamanı hər hansı "ərizə-bəyannamə"nin doldurulmasına ehtiyac qalmayacaq.
Sözügedən layihənin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, ötən il ünvanlı sosial yardım alanların sayı 80 min ailəyə yaxın olub. Bu ilin son 6 ayı ərzində isə bu rəqəm azalaraq 54 min ailə və ya 213 min nəfər təşkil edib.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?
1.7 milyon adamın maaşı artacaq - Şad xəbər
Respublika üzrə pensiyalar ödənildi

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü