Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3802
az

Bakıda çökən yolun altındakı zirzəmi 2 mərtəbəli imiş - FOTO

20:3119 İyul, 2018
1082
  • A
Bakıda söküntülər zamanı çökən yolun altında zirzəminin 2 mərtəbəli olması müəyyən olunub. Hazırda zirzəminin hər iki mərtəbəsinin söküntüsü işləri aparılır.AAYDA-dan Oxu24.com-a verilən məlumata görə, Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində metro tikintisi ilə əlaqədar bağlanaraq alternativ salınmış müvəqqəti yolun çökmüş hissəsində qazıntı işləri davam etdirilir.Müvəqqəti alternativ yolun altında aşkarlanan və söküntüsü yarımçıq aparılmış binanın zirzəmi hissəsi tamamilə sökülür. Söküntülər zamanı zirzəminin 2 mərtəbəli olması müəyyən olunub. Hazırda zirzəminin hər iki mərtəbəsinin söküntüsü işləri aparılır.
Qeyd edək ki, Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinə alternativ olaraq müvəqqəti salınmış yolda çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, bu əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.

Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıbMüvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası sındığından müvəqqəti yolda çökmə baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bəyan edir ki, yolun çökmə qeydə alınan hissəsi alternativ olaraq və müvəqqəti salındığı üçün bu qurumun balansında deyil. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...
Qarabağ suvarma kanalı yenidən qurulacaq
Azərbaycanda elektrikli avtobusların istehsalına başlanılacaq

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR