Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1627
az

Trampın qərarı Bakıya milyardlar qazandıracaq – İqtisadi şərh

10:3811 May, 2018
1989
  • A
 İrana qarşı sanksiyaların genişləndirilməsi neft bazarına gözlənilən təsirlərini göstərməkdədir. Neftin bir barrelinin qiyməti son illər ilk dəfə olaraq 77 dolları keçdi. Azərbaycan neftinin bir barrelinin qiyməti isə 80 dollarlıq psixoloji həddə yaxınlaşır.

Oxu24.com  xəbər verir ki, bu sözləri Trampın İranla bağlı qərarının dünya bazarında neftin qiymətlərinə təsiri məsələsini şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, ABŞ prezidentinin son qərarı neft bazarına həm psixoloji, həm də iqtisadi təsirlər göstərir:

“Belə ki, ötən il 2.13 milyon barrel gündəlik neft ixracatına malik olan İranın 2018-ci ilin növbəti aylarında “qara qızıl” nəqlini gündəlik 500 min barrel azaltması təhlükəsi var. Bu, iqtisadi baxımdan neftin hər barrelində 6 dollar artım deməkdir. Sanksiyalar fonunda gələn il cənub qonşumuz dünya bazarına gündəlik daha 150 min barrel az neft çıxara bilər. Bu isə neft bazarında təklifin hiss ediləcək səviyyədə azalması demək olacaq”.

İqtisadçının sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə bir il öncə 110 milyard dollarlıq silah alveri imzalayan ABŞ administrasiyası neftin dünya bazar qiymətinin yüksəlməsini əvvəlki kimi həssaslıqla qarşılamır:

“Yüksək qiymətlər Ağ Evin Yaxın Şərqdəki silah alıcıları olan müttəfiqlərinin də gəlirlərini artırır. Səudiyyə üçün neftin bir barrelinin qiymətinin 85 dollar olmasının məqbul hədd sayıldığını nəzərə aldıqda hazırkı qiymət Ər-Riyadın maraqlarına tam uyğun gəlir”.

V.Bayramov İrana tətbiq edilən sanksiyaların Azərbaycana birbaşa və dolayı təsirlərindən də danışıb:

“Neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycana daxil olan valyutanın həcminin artmasına gətirib çıxarır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hesablamarına görə, neftin 2018-ci ildə bir barrelinin orta qiyməti 70 dollar olarsa, o zaman Azərbaycan əlavə olaraq 4,282 milyard manat, 75 dollar olarsa, 5,139 milyard manat gəlir əldə edəcək. Bu isə ölkənin daxilolmalarının artması baxımdan vacibdir”.

Ekspert qeyd edib ki, bununla yanaşı, sanksiyalar İranla əlaqələrimizə də təsir göstərəcək:

“Artıq əksər Azərbaycan bankları İran şirkətlərinə pul köçürmələrini dayandırıblar. Sanksiyalar birgə layihələrin də reallaşmasına mənfi təsir göstərə bilər. Bununla yanaşı, sanksiyaların digər ölkələrə təsirləri Avropa Birliyinin mövqeyindən asılı olacaq. Qədim qitə Trampın son addımını dəstəkləməməkdə davam edərsə, o zaman yeni sanksiyalar İranla iqtisadi əlaqələrimizə daha az təsir göstərəcək”.

Qeyd edək ki, Tramp İranla nüvə anlaşmasından çıxdığını bəyan edib. ABŞ prezidenti Tehrana qarşı sanksiyaların bərpa ediləcəyini açıqlayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Çinlə birgə istehsalat bazasının yaradılmasında maraqlıdır
“Bitcoin” alaq, yoxsa qızıl? - ARAŞDIRMA
Azərbaycanda bank kartları ilə ödənişlərin məbləği xeyli artıb

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət