Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7553
az

Azərbaycanın 5 idmançısında dopinq aşkar edildi

09:0401 Dekabr, 2018
811
  • A
Azərbaycanın 5 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb.

Oxu24.com  xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytında yer alan məlumata əsaəsn, güləşçilər Azər Hüseynov, Cavid Feyziyev, boksçu Nəbi Əbdüləzimov, atlet Zaman Pirverdiyev və velosipedçi Osman Qəhrəmanov dopinq-testdən keçə bilməyib.

İdmançılardan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun Metabolit, yaxud Markerlərinin mövcudluğu təsbit edilib.

N.Əbdüləzimovun orqanizmindən furosemid maddəsi tapılıb. O, 18 ay müddətinə diskvalifikasiya olunub. Cəza bu il yanvarın 18-dən qüvvəyə minib, 30 iyul 2019-cu ildə bitəcək.

O.Qəhrəmanovdan meldonium və tuaminoheptan üzə çıxıb və o, 12 iyul 2017-ci ildən etibarən 24 aylıq - 12 iyul 2019-cu ilədək cəzalandırılıb.

Orqanizmindəə meldonium aşkarlanan Z.Piriverdiyev bu ilin martın 6-dan 42 aylıq - 6 sentyabr 2021-ci ilədək diskvalifikasiyaya məruz qalıb.

A.Hüseynov metasteron və drostanolon, C.Feyziyev stanozolol qəbul edib. Hər iki güləşçi bu il yanvarın 18-dən 2022-ci il yanvarın 18-dək 48 aylıq cəzalandırılıb.

Qeyd edək ki, AMADA fəaliyyətə başladığı iki il ərzində dopinq-testdən keçə bilməyən 36 idmançını cəzalandırıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəmaləddin Heydərov Azərbaycan idmançısından nə xahiş edib? - Boksçu ilk dəfə açıqladı
Rafael Ağayevə yeni vəzifə verildi
Azərbaycanın 5 idmançısında dopinq aşkar edildi

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Parkda kişi uşağa hücum etdi  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu