Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6475
az

Güləşçimiz dünya çempionu oldu

22:0726 Oktyabr, 2018
933
  • A
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Oxu24.com xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan 26 yaşlı pəhləvan finalda Qırğızıstan təmsilçisi Jolaman Şarşenbekovu 59 saniyəyə tam üstünlüklə məğlub edib. Bununla da Əzizli bu il ərzində daha bir titul qazanıb. O, mayda Rusiyanın Kaspiysk şəhərində Avropa çempionu olmuşdu.

Əzizli yarımfinaladək macarıstanlı, çinli və yaponiyalı rəqiblərinə heç bir şans vermədən qələbə qazanıb. Onun çətin görüşü finala gedən yolda gürcüstanlı Nuqzari Tsurtsumiyaya qarşı olub. Əzizli bu qarşılaşmadan 6:3 hesablı üstünlüklə ayrılmağı bacarıb.

Bu, Azərbaycanın hazırkı dünya çempionatında ilk qızıl medalı olub. Daha əvvəl sərbəst güləşçi Cəbrayıl Həsənov (79 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) gümüş, İrina Netreba (65 kq) bürünc medal qazanıb. Rəsul Çunayev (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal görüşünə çıxacaqlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başladı
\
Tulinin döyülməsinə DİN-dən reaksiya - FOTO

12 barmağı  uşaq dünyaya gəlib

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Elza Seyidcahan:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı