Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1899
az

Voleybol həvəskarlarının nəzərinə! Bakıda sabahdan oyunlar başlayır +CƏDVƏL

12:2018 May, 2018
1433
  • A
 ​​​​Sabah qadın voleybolçular arasında Qızıl Avropa Liqasının yeni mövsümünə start veriləcək.  Azərbaycan millisi üçüncü dəfə bu yarışda mübarizəyə başlayacaq.

 
2014-cü ildə 4-cü olan və 2 il sonra çempion tituluna yiyələnən Faiq Qarayevin yetirmələri A qrupunda yarışacaq. Komandamız Ukrayna, Portuqaliya və Bolqarıstanla qüvvəsini sınayacaq.

 
413 min avro mükafat fondu olan Qızıl Avropa Liqasında ilk rəqibimiz Ukrayna millisidir. Bu komanda sabah yığmamızın qonağı olacaq. Voleybol Mərkəzində baş tutacaq görüşdə millimiz favorit hesab edilsə də, görüşün heç də asan keçəcəyi gözlənilmir. Çünki Faiq Qarayevin əsasən gənclərə üstünlük verəcəyini nəzərə alsaq, matçın gərgin keçəcəyi proqnozlaşdırılır.

 
Komandamız Qızıl Avropa Liqasına Sloveniyada hazırlaşıb. Mariborda Avstriya və Slovakiyaya qalib gələn təmsilçimiz sabah 3 xal qazanmaq iddiasındadı. Çünki bu yarış dünya çempionatı öncəsi son sınaq hesab olunur. Burda özünü yaxşı tərəfdən göstərəcək oyunçu Yaponiyada təşkil ediləcək mundialda da yerini təmin edəcək. Həmçinin qələbə komandamıza Portuqaliya və Bolqarıstanla görüşlərə də əlavə ruh yüksəkliyi ilə çıxmağa imkan verəcək.


Lakin Ukrayna millisi də Bakıya iddialı gəlir. Komanda bəzi aparıcı oyunçularına istirahət versə də, heyətdə kifayət qədər təcrübəli voleybolçular var. Bu səbəbdən də rəqibimizin sonadək döyüşəcəyi gözlənilir. Ukraynalıların baş məşqçisi Qari Yeqiazarov Belarusla yoxlama oyununda qalib gəldikdən sonra yığmamızla qarşılaşmadan çox şeyin asılı olacağını vurğulayıb. O, yetirmələrinin yüksək ab-havada olduğunu əsas gətirərək, Qızıl Avropa Liqasına qələbə ilə başlamaq arzusunu da gizlətməyib.


Qrupumuzun digər oyununda isə Bolqarıstan Portuqaliyanı qəbul edəcək. Bu görüş də Azərbaycan – Ukrayna matçı ilə eyni saatda başlayacaq.

Qeyd edək ki, yarış 3 qrupda keçiriləcək. B qrupunda Xorvatiya, Finlandiya, Macarıstan və Fransa, C qrupunda Slovakiya, Belarus, İspaniya və Çexiya yığmaları qüvvələrini sınayacaqlar. Qruplarda ilk pillənin və ən yaxşı ikinci yerin sahibi yarımfinala yüksələcək.


Qızıl Avropa Liqası

I tur

19 may

18:00. Bolqarıstan – Portuqaliya

Sofiya, Xristo Botev Sarayı

 
18:00. Azərbaycan – Ukrayna

Bakı, Azərreyl Voleybol Mərkəzi


II tur

23 may

19:30. Bolqarıstan – Ukrayna

Sofiya, Xristo Botev Sarayı

 

18:00. Azərbaycan – Portuqaliya

Bakı, Azərreyl Voleybol Mərkəzi

 
III tur

26 may

18:00. Bolqarıstan – Azərbaycan

Sofiya, Xristo Botev Sarayı

 
27 may

20:00. Portuqaliya – Ukrayna

Povua-di-Varzin, İdman Sarayı


IV tur

30 may

18:00. Azərbaycan – Bolqarıstan

Bakı, Azərreyl Voleybol Mərkəzi


18:00. Ukrayna – Portuqaliya

İvano-Frankovsk, Bədən Tərbiyəsi Kollecinin idman zalı


V tur

2 iyun

19:00. Ukrayna – Bolqarıstan

İvano-Frankovsk, Bədən Tərbiyəsi Kollecinin idman zalı


18:00. Portuqaliya – Azərbaycan

Matozinyuş, İdman və Konqres Mərkəzi


VI tur

6 iyun

18:00. Ukrayna – Azərbaycan

İvano-Frankovsk, Bədən Tərbiyəsi Kollecinin idman zalı



19:00. Portuqaliya – Bolqarıstan

Matozinyuş, İdman və Konqres Mərkəzi Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan boksçusu erməni peşman etdi
Azərbaycan futbolunun canlı əfsanəsi 50 yaşını qeyd edir— FOTO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir