Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4126
az

Tanınmış vəkil \"Caspian Plaza\" dakı yanğına görə FHN-i sərt şəkildə tənqid etdi

14:5731 İyul, 2018
1509
  • A

Xəbər verdiyimiz kimi bu gün Caspian Plazada yanğın baş verib.Baş verən yanğın hələ də təhlükəsizlik tədbirlərinin yetərincə əməl olunmadığını və aidiyyatı qurumların işində boşluqların olduğunu üzə çıxarıb.Oxu24.com xəbər verir ki, tanınmış vəkil Asif Abdullayev baş verən yanğınla bağlı Fövqaladə hallar Nazirliyinin işini sərt şəkildə tənqid edib.O, şəxsi facebook səhifəsində aşağıdaki sözləri yazıb:


 
Bu gün ofisdə (Caspian Plaza) oturub sənədləri nəzərdən keçirirdim. Qəbula gəlmək istəyən şəxs mənə zəng edərək bildirdi ki, binanın qarşısına gəlib, amma içəri daxil ola bilmir. Məndən də soruşdu ki, Siz dəqiq ofisdəsiniz? Ofisdə olduğumu təsdiq etdim və hansı səbəbdən binaya daxil ola bilmədiyini soruşdum. Xanım bildirdi ki "Bina yanır, xəbəriniz yoxdu? İçəri heç kəsi buraxmırlar". Bir az gülüməsdim və bunun həqiqət olduğuna inanmadım. Qapını açaraq dəhlizə baxdım və dəhlizin tüstüləndiyini gördüm. Bundan sonra tez-tələsik ofisi tərk etdim. Sən demə bayaqdan xeyli yanğınsöndürən gəlib, insanlar evakuasiya olunur, amma mən və mənim kimi baş verənlərdən xəbərsiz bir çox insan rahatca ofisdə oturub işini görür.
Bəs yanğından mühafizə sistemi, həyəcan siqnalı və bəzək xarakteri daşıyan digər qurğular nəyə lazım? Bəs FHN-in "yoxlamaları"? Tüstülənmə başlayan zaman insanların evakuasiya məsələsi necə təşkil edilməli idi, buna görə kim məsuliyyət daşıyır? Həyəcan siqnalının işə düşməməsinə və yaxud işlək hala gətirilməməsinə görə kim cavabdehdir?
Bu dəfə ciddi yanğın olmadı, amma ciddi tüstülənmə var idi. 17 mərtəbəli binada tüstülənmə zarafat deyil. Caspian Plazaya gün ərzində yüzlərlə gənc gəlib-gedir, onlara nəsə olsa, kiminsə həbs edilməsi və yaxud "utanmağı" nəyi dəyişəcək?

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto
Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi?

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda əməliyyat: 60 nəfər saxlanıldı