Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7541
az

Pakistan Azərbaycana elə bomba göndərir ki,...-Ermənistanın yuxusu qaçacaq +VİDEO

17:2730 Noyabr, 2018
2565
  • A
Pakistan Azərbaycana müxtəlif təyinatlı aviasiya bombalarının ixracını həyata keçirməyə hazırlaşır.

Bu barədə İDEAS-2018 sərgisində iştirak edən “AzeriDefence” jurnalının əməkdaşına Pakistanın GIDS (Global Industrial Defence Solutions) dövlət şirkətindən bildirilib.

Şirkət rəsmiləri bildiriblər ki, istehsal edilən müxtəlif təyinatlı aviasiya bombaları və yönləndirmə dəstlərinin Azərbaycan Hərbi Hava Qüvvələrinə təqdimatı keçirilib və bəyənilib. Bu aviasiya bombaları uzaq məsafədən düşmənin möhkəmləndirilmiş sığınacaqlarını, xüsusilə də betondan düzəldilmiş sığınacaqlarını dəqiqliklə məhv etməyə imkan verir. Bombalar həm NATO ölkələrində istehsal olunan təyyarələrdən, həm də Sovet təyyarələrindən atıla bilir.

Şirkət rəsmilərinin sözlərinə görə, aviasiya bombaları Azərbaycan Silahlı Qüvvələri tərəfindən bəyənilib və bu Azərbaycanın aviasiyasının gücünü daha da artıracaq. Eləcə də, GİDS aviabombaların istehsalı ilə bağlı Azərbaycan müdafiə sənayesi ilə əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb və bununla bağlı Azərbaycan tərəfi ilə görüşlərin keçirildiyini bildiriblər.

Qeyd edək ki, bu günləri İDEAS-2018 10-cu Beynəlxalq Müdafiə Sərgisi və Seminarı çərçivəsində Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov da GİDS şirkətinin stendinə baş çəkib. Şirkət rəhbərliyi tərəfində ona GİDS şirkətində istehsal olunan müxtəlif məhsullar nümayiş etdirilib.

Qeyd edək ki, GİDS Pakistan hərbi sənayesinin ən böyük aparıcı müəssisələrindəndir. Şirkət bu günə qədər Azərbaycana müxtəlif müdafiə təyinatlı məmulatların ixracını həyata keçirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan bu postları düşməndən aldı
Zakir Həsənov: “Ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazırdır
Dünyanı lərzəyə salan Bordo Bereleilerin sirri yayıldı: Qolu bağlı suya salınan əsgər necə sağ çıxır?

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur