Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6965
az

Sərhədimizi pozan erməni helikopteri vuruldu, ATƏT səksəkəyə ,Ermənistan tələyə düşdü +VİDEO

11:3912 Noyabr, 2018
2127
  • A
 


  Düşmənin üç zabiti məhv edilmişdi.

Bu gün, noyabrın 12-də Azərbaycanın işğal olunmuş Ağdam rayonunun səmasında düşmən Ermənistana məxsus Mi-24 helikopterinin vurulmasından 4 il ötür.

Femida.az  xəbər  verir ki, Azərbaycanın mövqelərinə hücum etməyə çalışan erməni helikopterini ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Muradov İlkin Məmməd oğlu “İqla-S” daşınan zenit-raket kompleksindən açılan atəşlə məhv etmişdi.Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə İlkin Muradov göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Helikopterin yerə düşərək partlaması nəticəsində işğalçı erməni ordusu üç hərbçisini – mayor Sergey Saakyanı, baş leytenant Sarkis Nazaryan və leytenant Azat Saakyanı itirmişdi. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsus olub.


 
Sərhədimizi pozan helikopteri vuruldu, ATƏT səksəkəyə düşdü

Ermənistanın hərbi helikopterinin təmas xəttində Azərbaycan ordusu tərəfindən vurulmasına ATƏT-in baş katibi Lamberto Zannier münasibət bildirmişdi.

Baş katib bildirib ki, ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hərbi vertolyotla bağlı hadisədən narahatdır: "ATƏT olaraq hesab edirik ki, belə hadisələr böhranın miqyasını genişləndirə bilər".

Avropa Parlamentindəki dinləmələrdə çıxışı zamanı ATƏT-in baş katibi qeyd edib ki, bu hadisələr onsuz da qeyri-sabit olan vəziyyət kontekstində böhranın daha da genişlənməsinə səbəb ola bilər.

 
Bəs bu gün Ermənistanı matəmə qərq edən İlkin Muradov haradadır, nə işlə məşğuldur?

Femida.az  xəbər  verir  ki, İlkin Muradov 2017-ci ilin avqustundan etibarən hərb sahəsindən ayrılıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində sürücü vəzifəsində çalışır.Ailəlidir, 1 oğul övladı var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sərhədimizi pozan  erməni  helikopteri  vuruldu, ATƏT  səksəkəyə ,Ermənistan  tələyə düşdü +VİDEO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur