Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6799
az

Azərbaycan və Ermənistan müdafiə nazirlikləri arasında birbaşa telefon rabitəsi var - SENSASİON AÇIQLAMA

16:4406 Noyabr, 2018
1295
HƏRBİ
  • A
 Ermənistan müdafiə naziri David Tonoyan bu gün sensasion bəyanatla çıxış edib.

Virtualaz.org “Sputnik Armenia” agentliyinə istinadən xəbər verir ki, Tonoyan Azərbaycan və Ermənistan müdafiə nazirlikləri arasında birbaşa telefon əlaqəsinin yaradıldığını açıqlayıb.

“Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfi ilə birbaşa telefon rabitəsi saxlayır”-David Tonoyan parlamentdə bildirib.

O qeyd edir ki, təmas xəttində gərginlik Düşənbədə baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüşdən sonra azalıb.

“İndi iki ölkənin müdafiə nazirlikləri arasında birbaşa telefon rabitəsi var. Biz qoşunların hərəkətini, mühəndis işlərini, hansısa başqa hərəkəti qeydə alan kimi Azərbaycan tərəfinə xəbər veririk ki, dayansınlar”-Tonoyan deyib.

“Bəs Azərbaycan tərəfi buna necə reaksiya verir?”-deputatlar müdafiə nazirindən soruşublar.

“Çox konstruktiv reaksiya verir”-Tonoyan cavab verib.

Müdafiə naziri dəqiqləşdirib ki, birbaşa telefon rabitəsi nazirlər səviyyəsində qurulmayıb. Lakin müvafiq vəzifəli şəxslər var və onlar məlumatları çatdırır. Rabitə ikitərəfli rejimdə fəaliyyət göstərir.



“Azərbaycan Müdafiə Nazirliyi də bizimlə əlaqə saxlayır. Şəxsən mənimlə yox, amma nazirliklə-bəli. Yenə də konstruktiv şəkildə”-o bildirib. Tonoyan əlavə edib ki, Paşinyanla Əliyev arasında birbaşa telefon rabitəsi hələ mövcud deyil.

Xatırladaq ki, Azərbaycan prezidenti ilə onun rabitə əlaqəsinin qurulduğu haqda bu günlərdə Nikol Paşinyan bildirmişdi. Paşinyan deyib ki, lazım olan məqamda informasiya yarım saat ərzində Azərbaycan prezidentinə və ya ona çatdırılır. Lakin Paşinyan rabitə kanalının hansı struktur üzərindən qurulduğunu deməmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sərhədçilərimiz halı pisləşən erməni uşağa belə kömək etdilər - FOTO
Azərbaycan yeni silah aldı: Xarici ölkədən  edilən istənilən hücumu dəf edəcək
Azərbaycanın lazer yönləndirməli aviasiya bombası hazırdır -Ermənistan saniyədə külə dönə bilər

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur