Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5930
az

\"Okean 11\" əməliyyatı: MOSSAD İranın atom sirlərini necə açdı? – ARAŞDIRMA

11:0909 Oktyabr, 2018
1559
  • A
Dünyanın siyasi səhnəsini yaxından izləyənlər keçən həftə BMT Baş Assambleyasında İsrail və İran liderlərinin qarşılıqlı ittihamlarını yaxşı xatırlayır. İsrailin Baş naziri Benyamin Netanyahu, BMT kürsüsündən İran hakimiyyətini nüvə silahlarını yaratmaq üçün gizli bir proqramı inkişaf etdirməkdə günahlandırdı.

İsrailin Baş naziri dövlətin kəşfiyyat xidmətinin, İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin beynəlxalq komissiyasına açıqlamadığı, nüvə materiallarından ibarət olan ikinci bir anbarını aşkar etdiyini iddia etdi.

Eyni zamanda, qeyd etmək vacibdir ki, bu məsələ yalnız İran obyektlərinin peyk görüntülərinin və fotoşəkillərinin nümayiş etdirilməsi ilə məhdudlaşmayacaq, bu İsrail və İran arasında tammiqyaslı bir müharibəyə də səbəb ola bilər. Çünki İsrail rəhbərliyi dəfələrlə bəyan edib ki, İsraili məhv etməyə çağıran bir ölkənin atom silahına sahib olmasına imkan verməyəcək.

Məlum olduğu kimi, bir çox ölkələrin nüvə silahına sahib olmaq arzusuna baxmayaraq, "nüvə klubu"nun rəsmi üzvlərinin sayı son dərəcə məhduddur. Məhz bu silahların dünyada suverenliyin gücləndirilməsinə imkan verməsini elə "nüvə klubu"nun özü tərəfindən də qəbul edilir.


"Nüvə klubu"nun qeyri-rəsmi üzvləri siyahısına təxminən 80 ədəd nüvə başlığına sahib olan İsrail (rəsmi olaraq, bu ölkənin rəhbərliyi bunu təsdiq etmir) də daxildir.

Lakin 2008-ci ilin may ayında ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin verdiyi məlumata görə, İsrailin nüvə başlıqlarının sayı "150 və ya daha çoxdur". Nüvə silahı sahəsində məşhur ekspertlər Hans Kristensen və Robert Norris isə iddia edirlər ki, bu gün İsrailın sərəncamında 80 nüvə başlığı, həmçinin 115-190 başlıq istehsal etmək üçün vacib olan parçalanan materiallar mövcuddur.
İsrailin hazırkı uran ehtiyatlarının, mövcud istehsal templərini qoruyacağı təqdirdə təxminən 200 il ərzində öz ehtiyaclarını qarşılamaq və ixrac etmək üçün kifayət edəcəyi barədə məlumatlar da mövcuddur.

Açıq mənbələrdə dərc edilən məlumatlara görə, İsrail dövlətinin ərazisində aşağıdakı nüvə obyektləri mövcuddur:

- Nahal Sorekdə nüvə başlıqlarının elmi-konstruktor inkişafı mərkəzi, ABŞ istehsalı olan nüvə reaktoru da burada yerləşir;
- Dimonada silah plutoniumu istehsal edən zavod;
- Yodafatda nüvə başlıqlarının quraşdırılması və sökülməsi üçün obyekt;
- Kefar Zekharyada nüvə raket bazası;
- Eylabanda taktiki nüvə başlıqları anbarı.

İran da öz silahlanmasında nüvə silahlarının olmasını istəyir, lakin onilliklər boyu tətbiq edilən ABŞ və beynəlxalq sanksiyalar bu tip silahların yaradılması proqramının sürətli inkişafına mane olub, nəticədə Tehranın çatdırılma vasitələri olsa da, hələlik heç bir tam döyüşə hazır nüvə başlığı yoxdur.

Burada bəzi mübahisəli məqamları qeyd etmək lazımdır: müasir dünyada nüvə arsenalı "çəkindirmə" vasitəsi hesab olunur, yəni böyük ehtimalla ondan heç kim heç vaxt istifadə etməyəcək. Yaxın Şərqdə isə vəziyyət fərqlidir. Problem ondadır ki, İran 1979-cu ildə baş verən inqilabdan sonra, yəni 40 ildir ki, hər gün İsraili məhv etməklə hədələyir və bütün bu illər ərzində bu istiqamətdə müxtəlif intensivlik dərəcəsində fərqli addımlar atır.

İran rəhbərliyi (ən azı rəsmi olaraq) düşünür ki, "nüvə silahı"na sahib olmaqla ən azı iki vacib məsələni dərhal həll edə bilər: birincisi, ilk zərbəni endirə bilər və ya tammiqyaslı münaqişə vəziyyətində, qarşılıqlı məhvetmə təhlükəsini nəzərə alan İsraili bu addımdan çəkindirə bilər; ikincisi, bu silahlar İran İslam respublikasına öz suverenliyini qorumağa imkan verər, onların İsrail və ya Ərəb yarımadasındakı ABŞ bazalarına qarşı istifadə təhlükəsi ABŞ-ı mümkün müdaxilə planlarından imtina etməyə məcbur edə bilər.

Bir çox mütəxəssislərin fikrincə İsrail artıq çoxdandır ki, "nüvə dəyənəyinə" sahibdir və bu uzun müddət əvvəl, ən azı "Qiyamət Günü" müharibəsindən sonra yəhudi dövlətinin mövcudluğu məsələsi ortaya çıxandan sonra daha da aktuallaşdı.

Bu isə bizi əvvəl səsləndirdiyimiz dilemmaya gətirib çıxardı: bütün dünyada nüvə silahının mövcudluğu sabitliyə gətirib çıxarır, Yaxın Şərqdə isə hər şey təmamilə əksinədir. İsrail hökuməti müharibədə məğlubiyyətin yəhudi dövlətinin fiziki ləğvi ilə nəticələnəcəyindən ehtiyat edirdi. İndi regionda yalnız bir dövlət - İsrail qeyri-rəsmi olaraq atom silahına malikdir. 1948-ci ildə Ərəb-İsrail müharibəsi başa çatdıqdan sonra, İsrail rəhbərliyi qərara gəldi ki, ərəb qüvvələrinin ədədi üstünlük şərtlərində ölkənin mövcudluğunu təmin etməyə yalnız nüvə bombası qadirdir. Həqiqətən də yəhudiləri keçmiş Ərəb-İsrail müharibələri kimi tammiqyaslı xarici təcavüzlərdən məhz nüvə silahı xilas etdi.


İsrailin dördüncü prezidenti Efraim Katsir (1973-1978) fikirlərini çox sirli şəkildə ifadə etdi: "Biz nüvə silahından birinci istifadə etməyəcəyik, amma ikinci də olmayacağıq".

Lakin İranda tam döyüşə hazır nüvə raketlərinin peyda olması və ya buna ciddi cəhd edilməsi, İsrailin bu hədəflərə qarşı havadan raket hücumu gerçəkləşdirməsinə səbəb olacaq, bu isə Yaxın Şərqdə geniş miqyaslı müharibəyə gətirib çıxara bilər. Buna görə də, son aylarda Koreya yarımadasında vəziyyət nisbətən sabitləşdiyinə görə, bölgə nüvə müharibəsinin başlama şansının çox yüksək olması ilə fərqlənir.

Nəticədə, İranın hərbi atom proqramının inkişafında hər hansı irəliləyiş əldə etməsi İsrail tərəfindən son dərəcə "ağrılı" qəbul edilir. Qısaca desək, indiyə qədər hər iki ölkə bir-biri ilə həm strateji, həm də "ekzistensial" (konkret səbəbləri və sübutları olmadan düşmənçilik edən) rəqib hesab edilirdi. Bu ilin ilk 8 ayında İsrail tərəfindən davamlı olaraq, 3 dəfə İranın gizli nüvə tədqiqatlarını inkişaf etdirməsi barədə faktları açıqlaması da bu münasibətlərin yaxın gələcəkdə daha da gərginləşəcəyindən xəbər verir.

Hamımızın xatırladığı kimi, 2018-ci ilin mayında İsrail rəhbərliyi İrana dair gizli məlumatları açıqladı. Bunların arasında Tehranda "adi binalar kimi günahsız görünən" anbarlarda qeyri-rəsmi nüvə materiallarının gizli saxlanıldığı barədə informasiyalar yayıldı.

Keçən həftə B. Netanyahu dünya ictimaiyyətinə İranda ikinci bir gizli nüvə anbarının olması barədə məlumatı rəsmi olaraq təqdim etdi və İranın nüvə materiallarını bu ərazidən çıxarmadan MAQATE-dən olan beynəlxalq ekspert heyətdən təcili olaraq həmin yerləri yoxlamasını tələb etdi.

Təbii ki, İsrail rəhbərliyi belə bir ciddi iddianı səsləndirərkən hansısa dəqiq məlumatlara əsaslanır. Bu məlumatların əsl mənbəyi yaxın günlərdə məlum olub. Səsləndirlən hər iki ittiham, bu ilin yanvar ayının sonunda İsrailin MOSSAD kəşfiyyat orqanı tərəfindən həyata keçirilən parlaq bir əməliyyatın nəticələrinə əsaslanıb.

İsraildən olan jurnalist və "İranla gizli müharibə" kitabının müəllifi Ronen Berqman, hansısa bir şəkildə (?) İran ərazisindəki məxfi nüvə anbarları haqqında məlumatlar əldə edilərək, gizli şəkildə İsrailə aparılması əməliyyatı haqqında informasiya mənbələri ilə tanış olmaq üçün icazə əldə edib və onları dərhal dərc edərək ictimailəşdirib. Fikirləşirik ki, bu ölkələr haqqında məlumatlar, biri ilə qonşu, digəri ilə əsas tərəfdaş olduğumuz üçün, oxucularımız üçün də maraqlı olacaq.

Bununla yanaşı, İranın nüvə silahlarının gizli inkişafına dair bu iki ittihamın əsası 2018-ci ilin yanvar ayının sonunda İsrailin MOSSAD kəşfiyyat təşkilatı tərəfindən hazırlanan xüsusi bir əməliyyat idi və onun detalları yalnız ötən həftə məlum olub.

R. Berqmanın verdiyi məlumatlara görə, MOSSAD-a məxsus qrup İranda bir sıra qeyri-adi obyektləri aşkar edərək, təxminən bir il ərzində onların hər birini izləyib, sonda isə "əsas hədəfi" təyin edib. Bu obyekt İranın hərbi təyinatlı nüvə inkişafının elmi-tədqiqat və arxiv mərkəzi adlanır.


2017-ci ilin əvvəlində "Okean-11" kod adı altında başlayan əməliyyat İran obyektinə nüfuz etməklə oradan qiymətli materialların çıxarılmasını nəzərdə tuturdu. Əməliyyata dəqiq məhdud funksiya ilə onlarla kəşfiyyat orqanında ştatda vəzifə tutan və çox sayda ştatdankənar əməkdaş cəlb edildi. Onların arasında nəinki hədəf seçilən obyektin ərazisinə daxil olaraq fotolar əldə edən, həm də obyektin daxilinə nüfuz edərək, obyektin daxili planını və nəyin harda yerləşməsi barədə dəqiq məlumatlara sahib olan "dərin kəşfiyyat agentləri"nin də olduğu bildirilir.

2018-ci ilin 31 yanvar tarixində, səhər saatlarında İsrail agentlərinin bir dəstəsi Tehrandakı gizli anbara girərək, lazımi seyfləri müvəffəqiyyətlə açaraq ələ keçirilən məlumatları iki qrup arasında bölərək fərqli marşrutlarla ərazidən uzaqlaşıblar.

İran təhlükəsizlik qüvvələrinin gizli obyektin ərazisinə müdaxiləni qısa bir zamanda anlamasına baxmayaraq, tədbir görə bilməyiblər. Daha doğrusu 10 minlərlə təhlükəsizlik əməkdaşının qatıldığı tədbirlər uğur qazanmadı. İsrailli agentlərin hər iki qrupu İran ərazisini itkisiz halda tərk etdi.

Nəticədə, İranın 15 illik nüvə sınağını gizlətməyə çalışması müvəffəqiyyətsizliyə düçar oldu: İsrail kəşfiyyatı tərəfindən ələ keçirilən sənədlər göstərir ki, Tehran öz gücü ilə mövcud daşıyıcı raketlər üçün nüvə başlıqları yaratmağı hədəfləyən gizli bir layihəni həyata keçirir.

Göründüyü kimi, 2003-cü ildə ABŞ-ın Əfqanıstan və İraqı işğal etməsindən sonra, İranın sadəcə Vaşinqtonun təcavüzünün üçüncü hədəfi olmaq istəmədiyinə görə dayandırdığı "Sfarad" nüvə proqramı rəsmi Tehran tərəfindən məşhur nüvə fiziki Fəxri Zadənin rəhbərliyi altında yenidən bərpa edilib.

Berqmanın nəşr etdiyi məlumatlara görə, "sülh atomunun" elmi və texnoloji layihələrində iştirak edən bəzi İran tədqiqatçıları, eyni vaxtda gizli hərbi layihələri də həyata keçirirlər. Bəzən isə MAQATE ekspertlərinə təqdim olunan sənədləri (MAQATE ekspertlərinin hərdən səthi yoxlamalar apardığı, çox zaman isə İran tərəfinin təqdim etdiyi sənədlərə əsasən hesabat hazırladıqları iddia edilir) də dəyişirlər.

Ələ keçirilən sənədlərə əsasən, "Sfarad" layihəsinə üç əsas obyekt cəlb olunub. "Serab 1" yeraltı atom sınaqlarının keçirilməsi ilə, "Serba 2" və "Serba 3" isə atom döyüş başlıqlarının istehsalı və onların "Şihab 3" sinifindən olan daşıyıcı raketlərinə inteqrasiyası ilə məşğuldur.


İsrailin hesablamalarına görə, əvvəllər hərbi layihələrdə çalışan heyətin təxminən 70%-i 2003-cü ildən etibarən "Sfarad" ilə bağlı layihəyə keçiblər və onlar nə işlə məşğul olduqlarını yaxşı bilirlər.

MOSSAD tərəfindən ələ keçirilən gizli arxiv 55000 səhifəlik mətn materialları və diaqramlardan, eləcə də 182 məlumat daşıyıcısından ibarətdir. Əldə edilən sənədlər israilli mütəxəssislərin böyük bir qrupu tərəfindən tərcümə və təhlil edilib. Bu sənədlər yalnız İranın beynəlxalq siyasi arenada İsrailin ittihamları üçün deyil, eyni zamanda ABŞ-ın "İran ilə nüvə razılaşması"ndan çıxması üçün əsas səbəblərdən biri kimi istifadə edildi.

Bir tərəfdə dövlət əhəmiyyətli obyektin səhlənkar şəkildə qorunması və diversiya qrupunun ələ keçirilməsində qeyri-peşəkarlıq, digər tərəfdə isə MOSSAD tərəfindən "Entebbe" üslubunda (Fələstinli terrorçuların Təl-Əvivdən Fransaya uçan təyyarəni Uqandanın paytaxtına qaçırması əməliyatı - bu barədə gələcəkdə məlumat verərik) həyata keçirilən parlaq bir sızma və mükəmməl bir nəticə. Bu əməliyyatın yalnız siyasi vəziyyəti deyil, həm də Yaxın və Orta Şərqdə geostrateji vəziyyəti ciddi şəkildə dəyişəcəyinə, bəlkə də ABŞ-Avropa münasibətlərinin daha da gərginləşməsinə səbəb olacağı gözlənilir.

Məlumat Mixail Sirietsin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur