Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5487
az

Ermənistan Qarabağa helikopterləri niyə gətirib?–EKSPERT GIZIINLƏRI AÇDI

17:5224 Sentyabr, 2018
1489
  • A
 Ermənistan müharibədən qorxduğu üçün təlimə başlayıb.

Ermənistanın Dağlıq Qarabağda yaratdığı işğalçı rejimin sentyabrın 25-dən 28-nə qədər  hərbi helikopterlərdən ibarət aviasiya təlimlərinə  başlamasının arxasında bir neçə səbəb var.
Əvvəla,  Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə başlaması Ermənistan höküməti və qondarma rejimdə böyük narahatlığa səbəb olub. Bu baxımdan, qondarma rejimin aviasiya təlimlərinə başlamasını işğalçı ölkənin narahatlığından irəli gələn bir addım olaraq qiymətləndirilməlidir.  Diqqət yetirdinizsə təlimin başlama tarixi 25 sentyabr olaraq nəzərdə tutulub. Nə təsadüfdür ki, Rusiya prezidenti Vladimir Putinin Bakıya rəsmi səfərinin tarixiylə üst-üstə düşür. Təbii ki, bu təsadüf deyil, Ermənistan hökuməti və qondarma rejimdə V.Putinin 25 sentyabr tarixində Azərbaycana rəsmi səfər etməsi narahatlılıq yaradıb.Xüsusilə, beş rayonun  geri qaytarılması və siyasi, iqtisadi və hərbi texniki sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi kimi məsələlərinin V.Putinin Azərbaycana səfəri zamanı müzakirə olunması planlaşdırılan əsas məsələlərdən biri olması İrəvanın narahatlığına səbəb olub.
Nəticə etibarı ilə Azərbaycan Ordusunun təlimləri Ermənistan tərəfini böyük təşvişə salıb. Müharibənin başlamasından qorxduqları üçün əks cavab verməyə çalışsalarda, lakin hər dəfəsində də reallaşdırdıqları təlimlər gözləniləni vermir. Bundan başqa, bildiyimiz kimi,  N.Paşinyan hökuməti Rusiyanın əvvəlki dəstəyini görə bilmir. Bu fonda sanki özlərini tərk edilmiş kimi hiss edirlər.

Analitik Ehtiram Aşırlı
Oxu24.com üçün Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi - FOTO
Azərbaycan Ordusunun əsgəri fəciəvi şəkildə öldü
Azərbaycan ordusunun zabiti intihar etdi

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu