Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5127
az

Azərbaycan Ordusunda bu yenilik erməniləri qorxuya salıb - Su-25 təyyarələrinin bombaları...

12:5110 Sentyabr, 2018
2229
  • A
 
Azərbaycanın Su-25 təyyarələrinin bombaları lazerlə idarə olunan sistemlə təchiz edilib.

Ordu.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin silahlanması Türkiyənin ASELSAN hərbi sənaye şirkətinin istehsalı olan lazer idarəetmə sistemi ilə komplektləşdirilib. Bunun sayəsində idarə olunan bombalar hədəfləri maksimum 10 m sapma ilə məhv edə bilər.

Azərbaycan müdafiə sənayesi nazirliyinin elmi tədqiqat institutu ASELSAN-ın dəstəyi ilə bu sistemi 250 kq ağırlığındakı ümumi təyinatlı bombalara əlavə edib.

Ümumiyyətlə, bu bombalarla Su-25 təyyarələri komplektləşdirilib. Elə bu təyyarələrin vasitəsilə lazer sistemi ilə idarə olunan bombaların ilk sınaqları həyata keçirilib.

Məlumata görə, lazer sistemi ilə idarə olunan bombalar Azərbaycanda keçiriləcək ADEX-2018 beynəlxalq hərbi sənaye sərgisində nümayiş etdiriləcək. Lazer sistemi sayəsində bombaların uzaqlıq məsafəsi 12 km, tətbiq etmə hündürlüyü təqribən 12 km təşkil edir.

QEYD: SAYTDA ƏLVERİŞLİ QİYMƏTƏ REKLAM VERƏ BİLƏRSİNİZ.AYLIQ CƏMİ 100 AZN. ƏLAQƏ: [email protected] 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı