Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1023
az

Azərbaycanın gizli silahı klipdə ortaya çıxdı – Türkiyə ŞOKDA

16:2124 Aprel, 2018
17684
HƏRBİ
  • A
Azərbaycanlı ifaçı Nərmin Kərimbəyovanın 4 dəqiqə 15 saniyəlik klipi Türkiyə mediasında böyük qalmaqala səbəb olub.

Oxu24.com  bildirir ki, “sozcu.com.tr” saytında dərc olunan xəbərə görə, Azərbaycanın sərhəd təhlükəsizliyini nümayiş etdirən video klipin bir hissəsində Bakının İsraildən aldığı və daha əvvəl məlum olmayan “Typhoon” müdafiə sistemi və radiasiya əleyhinə intihar dronu ortaya çıxıb.

Belə ki, Azərbaycan Ordusunun hərbi gücünü nümayiş etdirmək üçün azərbaycanlı müğənni Nərmin Kərimbəyova “Qələbənin yolları” adlı mahnısına klip çəkdirib. Türkiyə mediasında qeyd olunub ki, İsrail və Azərbaycanın davamlı olaraq rədd etdiyi silah və hava müdafiə sistemləri 4 dəqiqə 15 saniyəlik klipdə ortaya çıxıb. Videonun bir hissəsində IAI Harop anti radiasiya intihar dronu və “Typhoon” silah sistemi görünür. İsrail mediası İsrail və Azərbaycanın rədd etdiyi iddiaların həqiqət olduğunu söylədiyi halda, silah və sistemləri istehsal edən Israel Aerospace Industries ve Rafael Advanced Defense Systems  mövzu ilə bağlı heç bir açıqlama verməyib.

“Klipin 3 dəqiqə 18-ci saniyəsində Azərbaycan donanmasından atılan “Typhoon” silah sistemi görünür. “Typhoon MLS-NLOS” adlı sistem 1980-ci illərdən bəri İsrail ordusu tərəfindən istifadə olunur. Lakin Azərbaycanda bu silahlardan istifadəyə dair heç bir məlumat yox idi”, – deyə xəbərdə qeyd edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir