Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9067
az

Həmkarları tərəfindən zorlandığını iddia edən qadın polis işdən çıxarıldı

23:2518 Yanvar, 2019
1248
  • A
 Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Daxili İşlər Nazirliyinin polis zabitlərini zorlamada ittiham edən qadın polis əməkdaşı ilə bağlı apardığı xidməti araşdırma başa çatıb.

Oxu24.com xəbər verir ki, araşdırma həmin qadının polis zabitlərinə böhtan atdığını müəyyən edib.

Məlum olub ki, iki qadın polis əməkdaşı xidməti otaqda üç nəfər polis zabiti ilə spirtli içki məclisində iştirak edib. Sonra qadınlardan biri kişi həmkarları tərəfindən zorlandığını iddia edərək müvafiq qurumlara müraciət edib.

Hadisə 2018-ci ilin 31 oktyabr tarixində baş verib. İddialara əsasən, zorlama hadisəsi zamanı otaqda bir qadın olub. O biri qadın məclisi erkən tərk edib.

Araşdırmanın nəticələri əsasında qəbul edilən qərara görə, iki qadın polis əməkdaşı daxili işlər orqanlarından qovulub.

Xatırladaq ki, zorlandığını iddia edən qadın Başqırdıstan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri komandanının qızıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı
İçində uşaqlar olan qayıq çevrildi - ANBAAN VİDEO
Rusiyada terror aktı ilə bağlı beşinci şəxs həbs edilib

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO