Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9045
az

İnsanların omba sümüyü betondan daha möhkəmdir - Sizi şoka salacaq maraqlı faktlar

12:3518 Yanvar, 2019
705
  • A
 
Bəzi maraqlı faktlar var ki, bir çoxlarının onlar haqqında məlumatı yoxdur.

Oxu24.com “NTV Türkiyə”yə istinadən həmin faktlardan bir neçəsini təqdim edir:

1. Dünya yarananandan bu günə qədərki hər şeyi 24 saata sığdırmağa çalışsaq, insanlar bu vaxtın sadəcə 1 dəqiqə 17 saniyəsini təşkil edər.

2. Helikoprin adlı köpək balığının 270 milyon öncə yaşadığı düşünülür. Onu qəribə edən özəlliyi isə mişar dişli dairəvi çənəsi olub.

3. Çində ingiliscə danışanların sayı Amerikadakılardan daha çoxdur.

4. Çox məcbur qalmadıqca qar yeməyin. Çünki onu əritmək üçün bədəndə olduqca çox enerji sərf edilir.

5. İnsanlar oksigensiz 3 dəqiqə, susuz 3 gün və yemək yemədən 3 həftə yaşaya bilər.

6. 2011-ci ildə Yaponiyada baş verən 8,9 ballıq zəlzələ nəticəsində günlərin uzunluğu 1,8 mikro saniyə azalıb.

7. Qarışqalar məcbur qaldıqlarında 2 həftə ərzində suyun altında yaşaya bilirlər.

8. Vakuumda (havasız və cazibə qüvvəsinin olmadığı məkanda) ağlamaq mümkün deyil. Çünki göz yaşı aşağı doğru hərəkət edə bilmir və gözdən yaş çıxmır.

9. İnsanların omba sümüyü betondan daha möhkəmdir.

10. Ağcaqanad əleyhinə spreylər əslində onların insanlara yaxınlaşmasını əngəlləmir. Sadəcə olaraq ağcaqanadların hissiyatını bağlayır və bir növ insanları gizləyir.

11. “Süd yolu” qalaktikasında 400 milyarddan çox ulduz olduğu düşünülür.

12. Bir insan gündə ən az 500 litr oksigen istifadə edir.

13. Hər gün 275 milyona yaxın yeni ulduz yaranır.

15. Gözlərin hər biri 130 milyondan çox görmə sinir hüceyrəsindən ibarətdir. Hər hüceyrənin içində isə 100 trilyon atom var. Bu rəqəmlər isə ümumilikdə dünyadakı bütün ulduzların sayından daha çoxdur.

16. Hazırda dəniz aləmində 180-nə yaxın balıq növü işıq görmədən yaşayır.

17. Əgər bir sözü xatırlamaqda çətinlik çəksəniz, yumruğunuzu sıxın. O zaman beyinin fəaliyyəti daha da artır və yaddaşı işə salmağa kömək edir.

17. 600 kiloqramlıq bir balinanın ürək damarının içinə bir insan yerləşə bilər.

18. Bir insan yaşadığı müddətdə ortalama 23 min dəfə göz qırpır, 100 min dəfə ürəyi döyünər, 23 min dəfə nəfəs alar, qaraciyərləri ilə 1500 litr qan süzülər, mədəsi ilə 2 litr asit turşusu istehsal edər.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar
\
Yaşadığı hadisədən sonra insanlardan ÜZ ÇEVİRDİ

12 barmağı  uşaq dünyaya gəlib

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Elza Seyidcahan:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı