Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8153
az

Məhbus ip və ya boru ilə başdan ayağa bağlanır ,saatlarla bu vəziyyətdə qalır - Dünyanın ən vahiməli həbsxanası ilə bağlı ŞOK VİDEO

14:3821 Dekabr, 2018
1452
  • A
 
Dünyada bir neçə həbsxana var ki, orada olan ciddi rejim, işgəncə üsulları digərlərindən ciddi surətdə fərqlənir. Bu tip ciddi rejim tipli həbsxanalar keçmiş SSRİ-də geniş yayılmışdı. Bununla  yanaşı  dünyada  ən  təhlükəli və vahiməli  həbsxanalardan hesab olunan  Quantanamo  illərdir  müzakirə  obyekti  olub.  Hazırda   Kuba  ərazidində  yerləşən  ABŞ-a  məxsus   Quantanamo  həbsxanası bir neçə dəfə  bağlanması deyilsə də, bu reallaşmayıb. Oxu24.com  vahiməli  həbsxana  haqqında araşdırma yazını təqdim edir:


Kubada yerləşən həbsxana necə oldu ki, ABŞ-ın nəzarətinə keçdi?

1903-cü  ildən etibarən  ABŞ  Kubadakı  Quantanamo  həbsxanasını  aylıq  4  min  dollar   ödəyərək  kirayə  götürüb. Ancaq  1959-cu  ildə Kuba ilə  Amerika arasında  diplomatik   əlaqələr  kəsilir   və  o vaxtki  Kuba  lideri  Fidel  Kastro  ilk  çeki  alsa  da, sonrakılardan  imtina  edir. Buna baxmayaraq  ABŞ  höküməti hər ay  4 min dolları  Kuba  hökumətinin   İsveçrədəki  bank  hesabına  köçürür.


2003-cü  ildə  Qızıl  Xaç  əsrlərin  psixologiyasının  pozulması  ilə əlaqədar  bəyanat yaydı. Bundan  sonra  oradakı məhbuslara dekabr ayından etibarən ilk dəfə olaraq vəkil  tutma  haqqı  verildi. Bir  il  sonra  2004-cü  ildə  isə  Pentaqon  Quantanamo  tərkibində  xüsusi  məhkəməsini yaradır. Amma  buna  baxmayaraq, orada  əksər məhbuslara işgəncələr verilməyə  davam  edirdi.

Dünyanın  ən vahiməli həbsxanasında məhbus qiyamı...

2005-ci il məhkumların geniş aksiyası oldu. Səbəb isə Qurana qarşı təhqiramiz hərəkətlərin olması idi.

Quantanamo  çox  gizli həbsxana hesab edilirdi. Bura  düşən  insanların  aqibətləri  haqqında  sonra heç  kim  məlumat  əldə  edə  bilmirdi. Ancaq  beynəlxalq  təzyiqlər  nəticəsində  ilk dəfə olaraq 2006-cı ilin aprel ayında Pentaqon məhkumların adlarını açıqladı.
 Barak  Obama  prezidentliyə  gəldiksən  sonra həbsxananı bağlayacağını bildirmişdi. 2009-cu ildə  Obama bütün məhkəmə işlərinin dayandırılması üçün qərar qəbul edir. Ancaq hələ də həbsxana bağlanmayıb.  

Prezident Barak Obama iqtidara gələndə Quantanamo bazasını bağlayacağını və terror şübhəlilərinin ABŞ-dakı mülki  məhkəmələrdə mühakimə olunacağını elan etmişdi, ancaq azad buraxılan məhbusların gedəcəyi ölkə olmadığından və iddiaya ABŞ-da baxılmasına edilən ciddi etirazlardan sonra fikir  dəyişdirilmişdi.  

QUANTANAMO  MEMARI - BUŞ

Quantanamo hərbi həbsxanası qalmaqalları ilə yadda qalıb. Orada çox insana qanunsuz işgəncələr verilib. Buna görə də insan haqları təşkilatlarının və bir QHT-lərin tənqid və  etirazlarına səbəb olmuşdu. Əslində Quantanamonun memarı keçmiş ABŞ prezidenti Buşdur. 11 sentyabr hadisələrindən sonra Bin Ladeni tutmaq üçün Əfqanıstana və İraqa "demokratiya" aparan Buş ordusu həmin ölkələrdə qarşısına çıxan insanların bir bəhanə ilə Quantanamoya gətirirdi. Onlara əvəzolunmaz işgəncələr verilirdi.

Ancaq Obama administrasiyası işgəncə faktlarını əks etdirən şəkillər dərc edirdi. ABŞ Ədliyyə nazirliyi Amerika Vətəndaşlarının Azadlıqları Birliyinin tələbi ilə şəkilləri dərc etməyə razılaşmışdı.

Eyni zamanda Amerikada Buşun hakimiyyəti zamanında Mərkəzi Kəşfiyyat İdarəsinin həbsxanadakı məhbuslara işgəncə verilməsi üçün rəsmi olaraq çıxarılmış işgəncə növlərinin sənədi ortaya çıxmışdı.

Belə ki, işgəncə metodlarının tətbiqinə 2002-ci ildən icazə verilib. Ortaya çıxan 80 səhifəlik sənədlərin tarixlərindən məlum olur ki, qərarlar 2002-2005-ci illər arasında qəbul olunub. Verilən məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsi cəzaları Amerikadakı, İraqdakı, Əfqanıstandakı, Quantanamodakı məhbuslara işgəncə vermək üçün istifadə edirmiş.


Trampdan həbsxana ilə bağlı şok qərar...

Tramp  sələfi Barak Obamanın Quantanamo həbsxanasının bağlanması barədə fərmanını ləğv edib.Birləşmiş Ştatlar prezidenti Donald Tramp (Donald Trump) Quantanamo həbsxanasının bağlanmayacağını, faəliyyətinə davam edəcəyini açıqlayıb.
Sabiq prezident Barak Obama həbsxanada məhbuslara qarşı qeyri-insani rəftar olduğunu əsas gətirərək Quantanamonun fəaliyyətini dayandırmaqla bağlı fərman imzalamışdı.

Quantanamo həbsxanasından yayımlanan biabırçı video...

Hələ  2017-ci ildə  Türkiyənin "TRT World" kanalı ABŞ üçün utanc sayılan Quantanamo həbs düşərgəsi ilə bağlı dəhşətli kadrlar yayımlamışdı.
"TRT World" kanalının çəkiliş heyəti   həbsdə olan 41 məhbusla görüşmüş və onların dəhşətli işgəncələrə məruz qalmasını efirdə göstərmişlər. Bu video material böyük narazılığa səbəb olmuşdu. Həmin video aşağıdakı linkdə:

https://bax.tv/player/49889.html" target="_blank">...


İNANILMAZ  ON ÜÇ İŞGƏNCƏ NÖVÜ

Mərkəzi Kəşfiyyat İdarəsinin etdiyi rəsmi təsdiqlənmiş sənəddə göstərilmiş işgəncələr isə bunlardır.

1) Su lövhəsi: Məhbus üzü üstə uzadılır. Sonra üzünə bir parça qoyulur. Parçanın üstünə isə 30- 40 saniyə davamlı olaraq su tökülür. Bu vaxt məhbusun boğulmaq ehtimalı olur.

2) Divarda durma: İnsanlar saatlarla ayaq üstə düz durmağa məcbur edilir. Əzələlərin yorulmasına baxmayaraq oturmağa və tərpənməyə icazə verilmir.

3) İslatmaq: Borular vasitəsi ilə məhbusların üstünə sürətli su püskürdülür. Su içilə bilən olur və məhbusun burnuna girməsinin qarşısı alınır.

4) Qaranlıq qutu: Bu vaxt məhbus qaranlıq və qutu kiçikliyində bir otağa yerləşdirilir.

5) Həşəratlı otaq: Burada əqrəb, ilan, hörümçək kimi zəhərli həşəratlar və heyvanlar olur. Məhbusun bu otaqdan sağ çıxma ehtimalı çox azdır.

6) Divara vurma: Bu vaxt sorğulanan şəxs divara bərkidilir. Boyun və baş hissəsinə isə dəsmal qoyulur.

7) Yuxusuz qoyma: Məhbus əlləri bağlı şəkildə gözlədilir və yatmasına icazə verilmir.

8) Çılpaq buraxmaq: Məhbusun paltarları çıxardılaraq, açıq havaya buraxılır. Bu insanları mənəvi cəhətdən sındırır.

9) Qida əvəzləyicisi: Məhbuslara normal qida əvəzinə onların əvəzləyicisi verilir. Heç bir dadı və tamı olmayan yeməklər həm fiziki, həm də mənəvi cəza hesab edilir.

10) Qarın nahiyəsinə vurma: Cəza verənlər məhbusların qarnına yumruqla vura bilərlər. Bu vaxt onun əlində üzük və bu kimi əşyalar ola bilməz.

11) Üzə sillə: Məhbusların üzünə ağrıtmaq niyyəti ilə sillə vura bilər.

12) Başın hərəkətsizliyi: Başı hərəkətsiz etmək üçün istifadə edilir. Saatlarla məhbus başı tərpənməz qalır.

13) Bağlamaq: Məhbus ip və ya boru ilə başdan ayağa bağlanır və saatlarla bu vəziyyətdə qalır

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5 qızla intim münasibətdə oldu: Polis onu bu vəziyyətdə tutdu
Məhbus  ip  və ya boru ilə başdan ayağa bağlanır ,saatlarla bu vəziyyətdə qalır - Dünyanın ən vahiməli həbsxanası ilə bağlı ŞOK VİDEO

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO