Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7844
az

Türkiyədə ordu generalının qaçırılma anı kameraya düşdü - Həmin gecə ilə bağlı daha bir ŞOK

16:5211 Dekabr, 2018
908
  • A
 
2016-ci ilin 16 iyun tarixində Türkiyədə çevrilişə cəhdlə bağlı sensasion video yayılıb. Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki,yayılan video  görüntülərdə  ehtiyatda olan ordu generalı Qalip Mendinin qaçırılma anı əks olunub.

Əldə olunan görüntülərə əsasən Qalip Mendinin toplantıya 20:58-də gəldiyi görünür. Toplantıdan sonra ordu evinin qarşısında  baş  leytenant  Murat Yılmazın ordunun evinin qarşısında mülki paltarla  dayanması  görüntülərdə əks olunub. Saat 22:18  radələrində  isə kiçik avtobusun ordu evinə yaxınlaşdığı görünür. Daha sonra  çevrilişə cəhddə iştirak edən hərbçilər ordu generalını maşına otuzduraraq ərazidən uzaqlaşır.

Xatırladaq ki, 2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada baş vermiş dövlət çevrilişi cəhdi baş verib. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu.


  
Küçələrə tanklar çıxarıldı. Ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alındı. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirildi. AKP hökumətinin fəaliyyət imkanları iflic edildi.

Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid oldu, yüzlərlə insan yaralandı. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbçilərin sayı 3000-ə çatdı. Hadisə ilə əlaqədar 34 general, yüzlərlə hərbçi, hakim, prokuror saxlanıldı.




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Professor tələbəsinə aşiq olub ailəsini dağıtdı
Krım körpüsü bağlandı
ABŞ-də TikTok qadağan edildi

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı AÇIQLAMA