Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7785
az

Aygün Kazımovaya Türkiyədə nüfuzlu mükafat verildi +VİDEO

10:2410 Dekabr, 2018
693
  • A
 #Türkiyədə nüfuzlu “Altın Kelebek” mükafat mərasimi keçirilib.Gecədə xalq artisti #Aygün Kazımova da iştirak edib. Pop ulduza “Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə qalib mükafatı təqdim edilib.  

Qeyd edək ki, sözügedən nominasiya üzrə namizədlər arasında Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli də olub. Lakin Kazımova #Azərbaycanda keçirilən səsvermə nəticələrinə uyğun olaraq birinci kimi tədbirdə iştirak etmək hüququ əldə edib.

A. Kazımovaya mükafataı məşhur stilist Önder Tiryaki təqdim edib. Pop ulduz səhnəyə çıxaraq ona səs verən hər kəsə təşəkkürünü bildirib.  O, iki dəfə Türkiyədən mükafat gecəsinə namizəd olduğunu, lakin qalib gəlmədiyini qeyd edib.  Xalq artisti daha sonra səhnədə “S.U.S” adlı mahnısını səsləndirib.

Bu məqamda bildirək ki, Aygünün qırmızı xalça və səhnə geyimləri üzərində məşhur dizayner Rüfət İsmayıl çalışıb.




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü