Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7388
az

İranda güclü zəlzələ: xəsarət alanların sayı 114 nəfərə çatıb - YENİLƏNİB - FOTO

23:5025 Noyabr, 2018
1268
  • A
23:33

İranın qərbindəki Kermanşah vilayətində baş vermiş 6,3 bal gücündə zəlzələ zamanı xəsarət alanların sayı 114 nəfərə çatıb.

Oxu24.com "Report"a istinadən bildirir ki, bu barədə  "PressTV" telekanalı xəbər verir.

"İran-İraq sərhədində 6,3 maqnitudada zəlzələ zamanı 114 nəfər xəsarət alıb", deyə PressTV-nin "Twitter" səhifəsində qeyd edilir.

Qeyd edək ki, telekanalın səhifəsindəki fotolarda zəlzələnin dağıntılara səbəb olduğu əks etdirən fotolar da yerləşdirilib. Daha əvvəl zəlzələ zamanı 70 nəfərin xəsarət aldığı bildirilirdi. Yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib.

22:12

İran-İraq sərhədində baş verən zəlzələ zamanı azı 70 nəfər xəsarət alıb.

Oxu24.com "Report"a istinadən bildirir ki, bu barədə "PressTV" İranın hakimiyyət orqanlarının nümayəndələrinə istinadən məlumat yayıb.

Daha əvvəl Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi isə İran-İraq sərhədində də 6,3 bal gücündə zəlzələnin baş verdiyini xəbər verib.Məlumata görə, yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib. Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

21:57

İran-İraq sərhədi yaxınlığında güclü zəlzələ baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yeraltı təkanların gücü 6,3 bal təşkil edib.

Bildirilir ki, zəlzələnin episentri Bağdaddan 150 kilometr aralıda yerləşirdi.

İranın Kirmanşah vilayətində isə zəlzələnin gücü 6,4 bal olub.

Dağıntı və tələfat haqqında məlumat hələlik verilmir.


  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
Professor tələbəsinə aşiq olub ailəsini dağıtdı
Krım körpüsü bağlandı

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur