Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6391
az

Həbiblə Konorun davasının ƏSL SƏBƏBİ ÜZƏ ÇIXDI: Həbsxanada zorlanan... - ŞOK HƏQİQƏT

11:0724 Oktyabr, 2018
1227
  • A
Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası irlandiyalı döyüşçü Konor Makqreqorun komandasının üzvü Artyom Lobov Makqreqorla rusiyalı idmançı Həbib Nurməhəmmədov arasındakı münaqişənin səbəblərini açıqlayıb.

Publika.az xəbər verir ki, Lobov bu haqda ESPN Yutub kanalına müsahibəsində danışıb.

“Əvvəlcə bizim aramızda - mənimlə və Nurməhəmmədov, həmçinin Həbiblə Konor arasında normal münasibətlər var idi. Ancaq hansısa bir anda Həbib nə üçünsə Konoru “petux” adlandırmağa başladı. Mən bilmirəm, Həbib niyə belə danışmağa başladı, axı Makqreqor onun haqqında pis heç nə danışmırdı”, - Lobov bildirib.

Döyüşçünün fikrincə, Nurməhəmmədov bilirdi ki, bu, Rusiyada bu ən ciddi təhqirlərdən biridir:

“Rusiyada həbsxanada zorlanan insanları belə adlandırırlar. Həbib bunu bilir, hamı bunu bilir. Bu, çox ciddi təhqirdir”.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.

Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.

Həbibin iddiasına görə, rəqibi onun dini, ölkəsi və atasını təhqir edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Professor tələbəsinə aşiq olub ailəsini dağıtdı
Krım körpüsü bağlandı
ABŞ-də TikTok qadağan edildi

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı AÇIQLAMA