Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6241
az

Bu Azərbaycan universitetlərinin diplomları Türkiyədə tanınmır – Diqqətli olun

18:3518 Oktyabr, 2018
946
  • A
Azərbaycan universitetlərində oxuyub, Türkiyədə təhsilini davam etdirmək istəyən bəzi gənclərin diplomları  tanınmır.

Xarici diplomların tanınması ilə bağlı Türkiyə Yüksək Öğretim Kurulunda (Türkiyə Ali Təhsil Şurası) xüsusi şöbə var.

Bildirək ki,xarici ölkələrdə təhsil alan Türkiyə vətəndaşları, yaxud Türkiyədə diplomundan istifadə etmək istəyən əcnəbi vətəndaşlar,əvvəlcə həmin şöbənin saytına müraciət edirlər.

Tələb olunan sənədləri təqdim edərək YÖK-ün aiddiyatı departamentindən uyğunluq kağızı alırlar. YÖK-ün aidiyyatı şöbəsi müraciət olunan vətəndaşın sənədləri ilə bağlı özlərinin qəbul etdiyi qərarın əsasını uyğun fakültəyə göndərir.

Bəs, hansı Azərbaycan universitetlərinin diplomları Türkiyədə tanınmır?

Oxu24.com bildirir ki, xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu AzEdu.az-a açıqlaması zamanı bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Bakı Mühəndislik və Azərbaycan Müəllimlər İnstitutunun diplomları Türkiyədə tanınmır:

"Həmin universitetlərin bakalavr pilləsini bitirənlər Türkiyədə magistr təhsili ala bilmir. Türkiyə Yüksək ÖğretimKurulunun (Türkiyə Ali Təhsil Şurası) siyahısında bu universitetlər yer almır.

Bundan başqa bəzi ixtisaslarda kredit sayları Türkiyədəki standartlara cavab vermədiyi halda da diplomlar tanınmır. Burada əsas məsələ digər ölkələrdəki akademik saatların Türkiyədəki mövcud qaydalara uyğun gəlməsidir.

Bu haqda GlobalKariyera İnstitutunun direktoru Orxan Həsənoğlu da məlumat vermişdi.

"Azərbaycan Dövlət Tibb Universitetinin elə ixtisasları var ki, onları Türkiyə Ali Təhsil Şurası təsdiq etmir. Bu da akademik saatların, kredit sayının Türkiyə standartlarına cavab verməməsindən qaynaqlanır. Azərbaycan ali məktəblərindən Tibb Universiteti xaric olmaqla, akademik saatların və kreditlərin uyğun gəldiyi bütün diplomlar Türkiyə Cümhuriyyəti tərəfindən tanınır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə güclü zəlzələ: dağıntılar və yaralılar var
Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Polşada Rusiya ilə əməkdaşlıqda şübhəli bilinən şəxs saxlanıldı