Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6170
az

Ermənistana keçən daha bir şəxs SAXLANILDI - İkinci “Azərbaycan casusu” QALMAQALI?

15:1216 Oktyabr, 2018
2048
  • A
 
Ermənistan sərhədini keçən Türkiyə vətəndaşı tutulub.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd idarəsinin mətbuat xidməti bildirib.

Türkiyə vətəndaşı Gümrü sərhəd dəstəsi tərəfindən saxlanılıb.

“Sərhədi pozan ərazini diqqətlə müşahidə edir və gizlicə hərəkət etməyə çalışırdı”, - xəbərdə qeyd edilir.

Onun Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi bildirilir.

Xatırladaq ki, daha əvvəl - iyul ayında Türkiyə vətəndaşı Umut Ali Özmen səhvən Ermənistan sərhədini keçmişdi. Erməni əsgərləri onu “Azərbaycan casusu” adı altında həbs etmişdilər. 16 yaşlı yeniyetmənin azad edilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nikol Paşinyana zəng etmiş və Paşinyan Ərdoğanın tələbinə müsbət cavablandırmışdı.

Özmen sentyabrın 25-də azad olunmuşdu. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Erməni hərbçinin meyiti tapıldı
Çindən Azərbaycana uçan sərnişinlər saatlardır aeroportda qalıb - Video
Türkiyədə güclü zəlzələ: dağıntılar və yaralılar var

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO