Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6056
az

Həbib Nurməhəmmədovu qabaqlayan yeganə döyüşçünün acı taleyi: Anası atasını güllələyib,qızı faciəli şəkildə ölür

14:0812 Oktyabr, 2018
1222
  • A
 
ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində yüngül çəkidə irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanaraq, çempion titulunu qoruyan Həbib  Nurməhəmmədov günlərdir mətbuatın əsas mövzusudur.

Oxu24.com xəbər verir ki, Həbib Nurməhəmmədov bu qələbədən sonra dünya reytinqində 8-ci pillədən ikinci pilləyə yüksəlib.Bu vaxta qədər peşəkar döyüşdə bir dəfə də olsun uduzmayan Həbib Nurməhəmmədovu üstələyən idmançı kimdir?


Oxu24.com xəbər verir ki, Həbib Nurməhəmmədov  amerikalı Deniel Kormyedən geri qalır. Bəs Deniel Kormye kimdir?Hansı uğurları var?

Deniel Rayn Korme 1979-cu ildə ABŞ-ın Luizana ştatında anadan olub.O, ABŞ-ın qaydasız döyüş üzrə yığma komandasının eks üzvüdür və ağır çəkidə ən çox qələbə qazanan idmançı kimi hələlik liderdir. Korme sərbəst güləş üzrə 2004 və 2008-ci ildə keçirilən Olimpiya oyunlarının iştirakçısıdır.


 

Daniel Kormenin ailə həyatı da maraqlıdır.

Danielin bir bacısı və qardaşı var.Atası 1986-cı ildə Daniel hələ 7 yaşında olarkən arvadı tərəfindən güllələnərək öldürülür. Bu hadisə balaca Danelə pis təsir etdiyindən uzun müddət ətraf mühitdən kənarlaşır. Yaşadıqları  bağda  gərgin məşqlərə başlayır.O, idmanın qaydasız döyüş yolunu seçir.Yerli yarışlarda bir sıra qələbələr qazanan idmançının ən böyük arzusu Olimpiyadada iştirak etmək idi.Gərgin məşqlər zamanı Daniel həyatın daha bir acı  surprizi ilə qarşılaşır.Belə ki, Danielin sevimli qızı  Keyden avtomobil qəzasında dünyasını dəyişir. Bu hadisədən sonra böyük sarsıntı keçirən Daniel yarışa getməkdən imtina etmək istəsə də, federasiya buna icazə vermir. Hadisəni törədən şəxslər isə Danielin öz yaxın dostları idi. Bu ona əlavə dərd gətirmişdi. Bu günə qədər dünyanın ən güclüsü hesab edilən döyüşçü  əziz qızını itirməklə barışa bilmir.Bu gün Danieli qızı ilə bağlı təsəlli verəcək qəribə bir hal var.O, ən çətin vaxtlarında Xizer Xedlinin " I wish I wasnot" mahnısını dinləyəndə sakitlik tapır.Bunun da maraqlı tarixçəsi var. Qəzada ölən qızı hələ uşaq ikən ağlayan zaman Daniel bu mahnını qoyarkən balaca qız ağlamağı unudar və gülümsəyərdi. Bunun səbəbini isə heç kəs bilməzdi...

Daniel müsahibələrinin birində bu tarixçə ilə bağlı  "qızım ağlayan zaman onu sakitləşdirən mahnı bu gün məni ağlamaqdan xilas edir",  fikirlərini söyləyir.

Daniel ağır  depresiyadan sonra  Olimpiyadaya yollanır. O, həmin illərdə  sərbəst güləş üzrə döyüşürdü. Daniel finala qədər yüksəlsə də, finalda Hacımurat Qaçalov  qızıl medalı qazanır. 2008-ci ilin Olimpiya Oyunlarında da o arzusuna çata bilmir. Buna baxmayaraq həyat  davam edirdi.Danielin qarşısına  qoyduğu  əsas  məsələ Olimpiyadada qızıl  medalı  qazanmaq idi. Amma  o arzusuna  çata  bilməyəcəkdi. Çünki aldığı zədə  ciddi  idi. Bu səbəbdən də O, sərbəst güləşdən getməli olur. Bir müddət  Daniel işsiz qalır.


 
 
Güləşdən qaydasız döyüşə...

Onun qaydasız döyüşə gəlməsində dostu  "Kinq Mo" ləqəbli dostu Məhəmmədin böyük rolu olub.Amma böyük yarışlara qatılmaq üçün Danielə maliyyə lazım idi. Buna isə onun imkanı çatmırdı.Böyük maliyyə problemləri olmasına baxmayaraq  Daniel  2009-cu  ildən  yarışlara  qoşuldu. O, ilk döyüşdə  Qeyri  Freyzeri nakauta salmaqla  ilk qələbəsini  qazandı. Daha sonra  o ağır çəkidə çempionluq üçün döyüşə çıxır. 2011-ci ildə heç kəsin gözləmədiyi halda o rəqibini nakauta salaraq qalib olur. Bununla da dünyada Daniel əfsanəsi dövrü başlayır.Sonraki illərdə bir sıra yarışların qalibi olmaqla ilk pillələrə qədər yüksəlir.

2017-ci ilin iyulunda Danielin həyatında mühüm döyüş olur.O, nüfuzlu Consla qarşılaşmalı idi. Amma bu döyüş baş tutmur. Rəqibin qanında tapılan dopinq kəmərin Danielin əlində qalmasına şərait yaradır.

Danielin adını daşıyan oğlu və MARAQLI HADİSƏ...

2011-ci ildə Danielin Salina ilə münasibətdən oğlu dünyaya gəlir.Uşağın xəstəxanadan çıxarıldığı gün güclü yağış yağır. Bu hadisə onu bərk əsəbləşdirir.Çünki qəzada ölən qızı Keydeni də xəstəxanadan çıxaran gün belə güclü yağış yağmışdı. Daniel təsadüfi hadisədən çox sarsılmışdı.Elə bu zaman radioda gözlənilmədən onun qəzada ölən qızının sevdiyi “I Wish I Wasn’t” mahnısı sələnir. Hər şey təsadüf idi...



Bu cür çətin həyata baxmayaraq Daniel Korme  dünya reytinqində birincliyi qoruyur və əfsanə olaraq qalır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Solovyov yenə geri addım atdı - Uğursuz erməni sifarişi
Dünya əhalisi ilə bağlı HƏYƏCAN TƏBİLİ: 2050-ci ilə qədər...
Çadda partlayış nəticəsində 7 hərbçi həlak olub

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM