Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5998
az

Ronaldo sevərlərə acı xəbər...10 il HƏBS...

20:1510 Oktyabr, 2018
1297
  • A
 İtaliyanın "Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu on il müddətinə həbs oluna bilər.

2009-cu ildə Ronaldunun Las-Veqasdakı gecə klublarından birində tanış olduğu amerikalı Ketrin Mayorqanı zorladığı təsdiqlənərsə, futbolçu həbs olunacaq.

İddia olunur ki, belə olarsa, o, bağladığı sponsorluq müqavilələrindən 35 milyon funt (təxminən 46 milyon dollar) itirəcək.

Artıq Las-Veqas polisi təhqiqat prosesini yeniləyib və portuqaliyalını ABŞ-da sorğu-sual etmək istəyir. Baxmayaraq, futbolçunun özü heç bir cinayət törətmədiyini bildirir. O, belə bir qızla tanış olduğunu, lakin onun cinsi əlaqəyə razılıq verdiyini vurğulayır.

Mayorqanın hüquqşünası Larisa Drohibiçerin yaydığı bəyanatda Ronaldunun suallara cavab verməsi üçün üç həftə vaxtı olduğu bildirilib:

"Kriştianu Ronaldunun Ketrin Mayorqa işində bizim şikayətimizə cavab verməsi üçün iddia müddətindən sayılmaqla, 20 günü var”.

Həmçinin başqa bir qadının da eyni halla Ronaldudan Mayorqanın hüquqşünaslarına şikayət etdiyi bildirilir.

Qeyd edək ki, iddia olunan hadisə baş verəndə Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted” klubunda çıxış edirmiş. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Papa məhbus qadınların ayaqlarını yuyub öpdü - VİDEO
Solovyov yenə geri addım atdı - Uğursuz erməni sifarişi
Dünya əhalisi ilə bağlı HƏYƏCAN TƏBİLİ: 2050-ci ilə qədər...

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu